Mərkəzi Bankın sədrinə 1-ci müavin və müavinlər təyin edildi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə 1-ci müavin və 4 müavin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, indiyə qədər sədr müavini olan Əliyar Qəhrəman oğlu Məmmədyarov sədrin 1-ci müavini təyin edilib.
Bundan başqa, Milli Məclisin noyabrın 7-də AMB-nin İdarə Heyətinin üzvləri kimi təsdiqlədiyi Vüsal Cahangir oğlu Xəlilov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev və Gülər Azər qızı Paşayevanın AMB sədrinin müavinləri təyin olunub.
XXX
Ə.Q.Məmmədyarovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə uyğun olaraq qərara alıram:
Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilsin.
XXX
V.C.Xəlilovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə uyğun olaraq qərara alıram:
Vüsal Cahangir oğlu Xəlilov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilsin.
XXX
Ə.İ.Əhmədovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə uyğun olaraq qərara alıram:
Əli İsmayıl oğlu Əhmədov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilsin.
XXX
T.N.Əliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə uyğun olaraq qərara alıram:
Toğrul Nəcəfəli oğlu Əliyev Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilsin.
XXX
G.A.Paşayevanın Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-ci maddəsinə uyğun olaraq qərara alıram:
Gülər Azər qızı Paşayeva Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2024-cü il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)


.jpg)




