Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin edilib
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına yeni üzvlər təyin edilib.
Bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılaraq qəbul edilən "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, deputat Əminə Ağazadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub.
Qeyd edək ki, Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Bundan əvvəl Milli Məclisi tərəfindən təyin olunmuş Komissiya üzvləri Milli Məclis sədrinin sabiq müavini Adil Əliyev, sabiq deputat Elşad Mirbəşir, deputatlar Əminə Ağazadə, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















