Şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı yaradıb.
Bunu açıqlamasında qurumun Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva bildirib.
Onun sözlərinə görə, artıq yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyatı ilə bağlı vergi orqanına elektron qaydada müraciət etmək mümkündür: "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın işçi qrupu çərçivəsində müzakirə olunan məsələlərdən biri MMC-lərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərinin elektron qaydada qeydiyyata alınması ilə bağlı yeni rəqəmsal xidmətin tətbiqi olub.
Məlum olduğu kimi, buna qədər yalnız MMC-lərin ilkin qeydiyyatı elektron qaydada həyata keçirilirdi. DVX tərəfindən aparılan hüquqi, təşkilati və texniki tədbirlərdən sonra artıq şirkətlər təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması üçün elektron ərizə ilə müraciət edə bilərlər".
H.Abdullayeva bildirib ki, MMC-lərin qeydiyyat məlumatlarının dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanından gücləndirilmiş elektron imza sahibləri istifadə edir və elektron məlumat dəyişikliyi 3 iş günü müddətində həyata keçirilir: "Müraciət zamanı internet vergi idarəsində yerləşdirilmiş elektron ərizə formasında dəyişiklik edilmiş məlumatlar (adı, hüquqi ünvanı, Müşahidə Şurasının tərkibi, qanuni təmsilçisi, MMC-nin təsisçiləri, nizamnamə kapitalı, nizamnaməyə dəyişiklik) doldurulur, dəyişikliyi təsdiq edən sənədlərin (auditor rəyi və yaxud bank qəbzi) skan olunmuş surəti ərizəyə əlavə edilir, ərizə və sənədlər təsisçilər və rəhbərin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Nizamnaməyə dəyişiklik və qərar avtomatik generasiya olunur, yeni nizamnamə, reyestrdən çıxarış və şəhadətnamə hüquqi şəxsin elektron kabinetinə göndərilir. Bu yenilik ölkədə biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesi çərçivəsində həyata keçirilib. Biznesin qeydiyyatı prosesi üzrə Azərbaycan dünyada olan ən yaxşı təcrübələrdən birinə malikdir".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 7 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
12 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
12 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























