Rusiyanın ən böyük özəl bankı batdı!
Rusiyanın ən böyük özəl bankı "Otkritie Bank", kredit portfeli və əmanət problemləri səbəbindən fəaliyyətini davam etdirməyəcək vəziyyətə düşdü. Rusiya Mərkəz Bankı banka əl qoyub.
Rusiya Mərkəzi Bankı fəaliyyətini davam etdirməyəcək vəziyyətə gələn ölkənin ən böyük özəl bankı "Otkritie Bank"ı xilas etmək üçün hərəkətə keçərək banka əl qoyub.
"Marja" xəbər verir ki, aktivlərinin həcminə görə ölkənin ən böyük yeddinci bankı da olan "Otkritie", kredit portfelinin yaratdığı narahatlıqlar səbəbindən əmanətləri qaytarmaqda problemlər yaşayırdı.
Rusiya Mərkəzi Bankı bankı xilas etmək üçün vəsait ayıracaq. Vəsaitin məbləği açıqlanmayıb. Ayrılacaq vəsait qarşılığında Mərkəzi Bank "Otkritie Bank"ın səhmlərinin ən azı 75%-ni alacaq.
Bu ana qədər Rusiyada ən böyük bank xilasetmə əməliyyatı 2011-ci ildə baş vermişdi. Bu tarixdə ölkənin ən böyük beşinci bankı "Bank of Moscow"u xilas etmək üçün Mərkəzi Bank 6,7 milyard dollar xərcləmişdi.
Rusiyanın ən böyük özəl bankı olan və ölkə daxilində 400 filialı fəaliyyət göstərən "Otkritie Bank"ın 29 min korporativ, 163 min fərdi sahibkar və 3,4 milyon fərdi müştərisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 33 d. əvvəl
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
17 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
18 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli süni intellekt məhsulu sozly.ai istifadəyə verildi
"İran Trampı öldürməyə çalışır"
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
Ən çox oxunanlar
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir



















