Qlobal korporativ borc 2024-cü ildə rekord həddə - 8 trilyon dollara yaxınlaşıb
Qlobal korporativ borc 2024-cü ildə rekord həddə - 8 trilyon dollara çatıb2024-cü ildə qlobal korporativ borclanmalar rekord qıraraq 8 trilyon dollara yaxınlaşıb, çünki şirkətlər investorların güclü tələbindən istifadə edərək istiqraz buraxılışı ilə borclanma planlarını sürətləndiriblər.
Marja xəbər verir ki, LSEG-nin (London Stock Exchange Group) məlumatlarına görə, korporativ istiqrazlar və levered kredit (Leveraged Loan) emissiyası 2023-cü illə müqayisədə 35 faizdən çox artaraq 7,93 trilyon dollara çatıb. AbbVie və Home Depot kimi iri şirkətlər hökumət borcuna nisbətən borclanma faizlərinin onilliklərin ən aşağı səviyyəsinə düşməsindən faydalanıblar.
Bu artım 2021-ci ildə qeydə alınmış əvvəlki ən böyük artımı üstələyib, çünki investorların tələbi güclü olub, həmçinin korporativ borclanma faizləri, hətta Federal Ehtiyat Sistemi və digər mərkəzi bankların onilliklərin ən yüksək həddinə çatan faiz dərəcələrini azaltmağa başlamazdan əvvəl aşağı düşüb.
Əczaçılıq nəhəngi AbbVie şirkəti "ImmunoGen" və "Cerevel Therapeutics" şirkətlərini satın almalarını maliyyələşdirmək üçün fevral ayında 15 milyard dollarlıq investisiya dərəcəli istiqrazlar satıb.
2024-cü ildə digər əsas emitentlər arasında "Cisco Systems", əczaçılıq qrupu "Bristol Myers Squibb", aerokosmik nəhəng "Boeing" və pərakəndə satış şirkəti "Home Depot" da var.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb




.jpg)
.jpg)







.jpg)




