Mərkəzi Bankda rəhbər vəzifələrə yeni təyinatlar olub
Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor və sədrin müşaviri vəzifələrinə yeni təyinatlar olub.
Məlumata görə, Fuad İsayev baş direktor, Ülvin Əliyev isə sədrin müşaviri təyin edilib.
Bununla da, baş direktorların sayı 6-ya, sədrin müşavirlərinin sayı isə 4-ə çatıb.
F.İsayev əmək fəaliyyətinə 2005-ci ildə AMB-də başlayıb və son təyinata qədər qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru işləyib.
Ü.Əliyev isə əmək fəaliyyətinə 2009-cu ildə turizm sektorunda başlayıb, ardınca “Moody International LTD” şirkətində, “Azercell Telecom” MMC-də, “PAŞA Bank” ASC-də çalışıb, 2022-ci ildən isə AMB-də müxtəlif vəzifələrdə, son təyinata qədər isə Sədrin ofisi departamentinin direktoru işləyib.

Fotoda Fuad İsayev və Ülvin Əliyev
XXX
Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda bəzi dəyişikliklər də olub.
Bu barədə AMB-dən bildirilib.
Məlumata görə, Bankların fəaliyyətinə nəzarət, Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət və Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentləri yaradılıb. Bankların fəaliyyətinə nəzarət departamentinə Rzayev Samir Eyvaz oğlu, Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinə isə İsmayılov Xəyyam Osman oğlu direktor təyin edilib.
Həmçinin, Sədrin ofisi şöbəsinə Dosduzadə Xanım Nüsrət qızı rəis təyin edilib, Maliyyə monitorinqi departamentinin direktoru vəzifəsində isə Samir Rzayevin əvəzinə Abdullayev Orxan Adil oğlu təyin edilib.
Bundan əlavə, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilib. Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Səbziyev Fuad Elxan oğlu isə vəzifəsindən ayrılıb.
Mərkəzi Bankdan Marja.az-a bildirilib ki, Fuad Səbziyevin vəzigəsindən azad olunması ilə bağlı xəbər yalnışdır: "Fuad Səbziyev Mərkəzi Bankdadır və direktor müavini olaraq fəaliyyətini davam etdirir. Həmçinin İT idarəetmə və arxitektura şöbəsi də ləğv olunmayıb, sadəcə saytdan (cbar.az - red) çıxarılıb".
© Report, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























