ABŞ bankı dollar/TL proqnozunu dəyişib - 2025-İN SONUNDA DOLLAR 41 LİRƏ OLACAQ
BofA 2025-ci il üzrə dollar/TL proqnozunu azaldıb. Bank ilin sonu üçün dollar/TL proqnozunu 44-dən 41-ə dəyişib.ABŞ bankı "Bank of America" (BofA) 2025-ci ilin sonuna ABŞ dolları/Türk Lirəsi proqnozunu aşağı salıb.
Marja.az xəbər verir ki, BofA-nın dərc etdiyi son hesabatda, ilin sonuna dollar/TL proqnozu 44-dən 41-ə azaldılıb. Bu gün Dollar/TL məzənnəsi 35,32-dən ticarət olunur. BofA-nın proqnozu doğru çıxarsa, bu, dolların daha 16 faiz bahalaşması deməkdir.
BofA, Türkiyə Mərkəzi Bankının faiz dərəcələrini azaltmağa davam etməsi lazım olduğunu və yanvar ayında daha 2,50 faiz bəndi azalma gözlədiklərini qeyd edib. BofA, il ərzində 7 dəfə 2,50 bənd azalma ilə pul siyasəti faizinin ilin sonunda 30 faizə enəcəyini proqnozlaşdırır.
2024-cü ilin son iclasında Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 2,5 bənd azaldaraq 47,5 faizə endirib.
BofA, "Minimum əmək haqqı artımı gözləntilərin aşağı hissəsində olduğundan, 25 faizlik inflyasiya proqnozumuza qarşı məhdud yuxarı risk görürük. İnflyasiya daha aşağı səviyyələrə düşə bilər", - qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
19 d. əvvəl
Coca-Cola “Soyuq Əllər, İsti Ürək” yarmarkasının yenidən tərəfdaşıdır - FOTOLAR
-
- 28 d. əvvəl
-
53 d. əvvəl
SOCAR Macarıstan şirkətilə yeni saziş imzaladı - 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bank sığortaçılığı sahəsində tədqiqat işi aparılıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dekabrın 11-də gözlənilən hava şəraiti - Bakıda və Abşeronda leysan olacaq
-
4 saat əvvəl
“Azerconnect Group” RSD sisteminə qoşulan ilk özəl telekommunikasiya şirkəti oldu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BMW-yə yeni baş direktor təyin edilib
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
Azərbaycanda inflyasiyanın artım tempi aşağı düşüb
ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
"TuranBank" Asiya bankı ilə kredit sazişi imzalayıb
"Cari əməliyyatlar balansında 3 milyard dollarlıq profisit formalaşıb" - MƏRKƏZİ BANK
Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 milyon dollar üstələyib



















.jpg)


