İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəldi
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana gəlib.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində İran hökumətilə münasibətlər barədə deyib:
"İndi yeni hökumətlə bağlı olan münasibətləri hələ ki, təhlil etmək çətindir. Çünki mənim şəxsən yeni Prezidentlə görüşüm olmayıb. Əgər olsa və nə vaxt olsa, onda mən bu barədə danışa bilərəm.
O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?
İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır".
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
-
- 10 d. əvvəl
-
15 d. əvvəl
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank 40-cı filialını Göyçayda açdı
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
Rəsmi məzənnələr açıqlandı
Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Fabrik avadanlıqları satışa çıxarılıb
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur




















.jpg)

