Daha bir müasir aqropark: “Günəşli-Aqro”
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində “Günəşli-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkında yaradılan şəraitlə tanış olub.
Cəlilabadın Günəşli kəndində müasir tələblərə cavab verən aqroparkın yaradılması bir neçə vacib məqamı özündə birləşdirir. İlk növbədə, bu cür layihələrin həyata keçirilməsi kənd təsərrüfatının vacib sahələrindən olan heyvandarlığın inkişafına təkan verir, bu sahədə elmi yeniliklərin tətbiqinə şərait yaradır. Bundan başqa, belə aqroparklar ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə mal-qaranın cins tərkibini yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir.
Dövlətimizin başçısı aqroparkın texniki göstəricilərini əks etdirən stendə baxıb.
Məlumat verilib ki, aqroparkın sahəsi 1600 hektardır. Onun 1200 hektarında müasir suvarma - pivot sistemləri quraşdırılıb. Ümumi dəyəri 12,7 milyon manat olan bu sistemin qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4 milyon manat güzəştli kredit verilib. Aqroparkın torpaqlarının 563 hektarında arpa, 530 hektarında şəkər çuğunduru, 219 hektarında buğda, 160 hektarında pambıq, 68 hektarında qarğıdalı, 60 hektarında isə yonca əkilib. Əkilmiş sahələrdən 1745 ton arpa, 610 ton buğda, 1278 ton qarğıdalı, 20 min ədəd yonca və 30 min ədəd saman bağlaması götürülüb. 2018-ci ildə 173 hektarda pambıq, 240 hektarda buğda, 507 hektarda arpa, 80 hektarda qarğıdalı, 530 hektarda şəkər çuğunduru və 70 hektarda yonca əkilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevə, həmçinin İqtisadiyyat Nazirliyinin təklifləri əsasında regionlarda yaradılan və yaradılacaq aqroparklar barədə də məlumat verilib.
Hazırda respublikada 26 rayon üzrə 157,8 min hektar ərazidə 37 aqroparkın yaradılması təşviq olunur. Bundan 23-ü iri bitkiçilik təsərrüfatı, 14-ü isə heyvandarlıq kompleksidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib.
İndiyədək 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqropark”ı və Şəmkir rayonunda “Şəmkir Aqropark”ıdır.
Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.
Sonra dövlətimizin başçısı “Günəşli-Aqro” MMC-in aqroparkı ilə yaxından tanış oldu. İlkin mərhələdə burada 500 başlıq südlük istiqamətli heyvandarlıq kompleksi üzrə 2 ferma binası və talvarlar, yardımçı binalar tikilib və sağım sistemi quraşdırılıb. Gələcəkdə aqroparkda 2500 baş ətlik istiqamətli heyvan saxlanılması nəzərdə tutulur. Bununla da kompleksin tutumu 3000 başa çatdırılacaq. Təsərrüfata ilkin mərhələdə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 232 baş cins inək gətirilib. Bundan başqa, aqropark üçün kənd təsərrüfatı texnikaları, o cümlədən Türkiyədən hər birindən 2 ədəd olmaqla kombayn, qarğıdalıbiçən, silosdoğrayan, otbiçən, otbağlayan, gübrədaşıyan, otdoğrayan maşın, süd tankeri və taxılsəpən qoşqu alınıb. Bundan başqa, burada 40 ədəd elektron, 20 ədəd mexaniki sağım aparatı quraşdırılıb, “Belarus” markalı 3 traktor, 3 qoşqu və 3 kotan alınıb.
Aqroparkda dəyəri 4,1 milyon manat olan heyvandarlıq kompleksi üçün investisiya təşviqi sənədi də verilib. Gələcəkdə aqroparkda dəyəri 5 milyon manat, gündəlik emal gücü 20 ton olan süd zavodunun və dəyəri 1.5 milyon manat, illik gücü 1000 ton ət kəsimi olan fabrikin yaradılması nəzərdə tutulur. Layihələrin icrası nəticəsində 350-dək yeni iş yeri yaradılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 d. əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Ən çox oxunanlar
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb



















