Niderland şirkətindən Azərbaycan üzrə proqnozlar
Niderlandın “ING Group” şirkəti 2025-ci il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 2,6 %, 2026-cı ildə 2,8 % səviyyəsində müəyyən edib.
Bu barədə şirkətin açıqladığı proqnozlara istinadən xəbər verilir.
Bu göstəricilər “ING Group”un öncəki proqnozu ilə müqayisədə dəyişməyib.
Hesabata əsasən, 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2 %, ikinci rübdə 2,5 %, üçüncü və dördüncü rüblərdə isə 3 % səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə iqtisadi artımın 2 % təşkil edəcəyi proqnozlaşdırılır.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2025-ci ildə ÜDM-in artımı 3,5 %, 2026-cı ildə 2,8 % səviyyəsində gözlənilir. Ötən il Azərbaycanda ÜDM 4 %-dən çox artıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il və 2026-cı ildə Azərbaycanda ÜDM-in artımı 3 % təşkil edəcək.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının 2025-ci ildə 2,7 %, 2026-cı ildə isə 2,4 % artacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM artımını 2,5 %, 2029-cu ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2025-ci ildə Azərbaycanda ÜDM artımı 2,7 % olacaq.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda bu il iqtisadi artım proqnozunu 2,6 % səviyyəsində proqnozlaşdırır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ÜDM-i 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının bu il 2,7 % artacağını, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağını proqnozlaşdırır.
Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib
Niderlandın “ING Group”u bu il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 %, 2026-cı ildə isə 4,5 % səviyyəsində olacağını proqnozlaşdırır.
Şirkətin bundan əvvəlki gözləntilərinə nisbətən bu il üçün açıqlanan yeni proqnoz 0,3 faiz bəndi artıb. 2026-cı il üçün inflyasiya proqnozu isə ötən ilin dekabrındakı gözləntilərlə eynidir.
Proqnoza əsasən, 2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5 %, ikinci rübdə 5,3 %, üçüncü rübdə 3,5 %, dördüncü rübdə isə 3,7 % nəzərdə tutulub.
“ING Group” Azərbaycanda 2026-cı ilin son rübündə orta illik inflyasiyanın 5,4 % olacağını proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 %, 2026-cı ildə isə 4 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2024-cü ilin oktyabrında) görə, Azərbaycanda 2025-ci ildə illik inflyasiya 5,8 % olacaq.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, Azərbaycanda bu il orta illik inflyasiya 3,6 %, 2026-cı ildə 3,1 % olacaq.
Qeyd edək ki, Azərbaycanda ötən ilin 11 ayında orta illik inflyasiya 2 % təşkil edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























