"Bank VTB (Azərbaycan)" 2024-cü ili mənfəət ilə bağlayıb
Rusiya kapitallı "Bank VTB (Azərbaycan)" ASC 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Bank VTB (Azərbaycan)" ASC 2024-cü ili 9 milyon 538 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəət ilə bağlamışdı.
Xalis mənfəətin azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan məbləğin düşməsilə əlaqədardır. Ötən il Bankın gəlirləri artıb.
2023-cü ildə "Bank VTB (Azərbaycan)"ın faiz gəlirləri 26 milyon 949 min manat ikən, 2024-cü ildə 32 milyon 612 min manat yüksəlib (5 milyon 663 min manat artıb). Bankın illik qeyri-faiz gəlirləri isə 8 milyon 23 min manatdan 14 milyon 790 manata qalxıb (6 milyon 767 min manat artıb).
Ötən il "Bank VTB (Azərbaycan)"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 47 milyon 873 min manat və ya 25,6% artaraq 234 milyon 993 min manata çatıb.
BANK BÖYÜYÜB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü il ərzində "Bank VTB (Azərbaycan)"ın cəmi aktivləri 67 milyon 198 min manat və ya 26,9% artaraq 31 dekabr 2024-cü il tarixində 317 milyon 98 min manat təşkil edib. Bank 2023-cü ilin sonunda 249 milyon 900 min manat cəmi aktivlərə malik idi.
2024-cü ildə "Bank VTB (Azərbaycan)"ın depozit portfeli 24 milyon 802 min manat və ya 27,8% artaraq 114 milyon 153 min manata qalxıb.
31 dekabr 2024-cü il tarixində "Bank VTB (Azərbaycan)" 92 milyon 252 min manat məcmu kapitala malik olb. Bank 2023-cü ilin sonunda 83 milyon 638 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























