2024-cü ildə İcbari Sığorta Bürosu tərəfindən 967 min manat kompensasiya ödənilib
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyata keçirilir.
Bürodan Marja.az-a verilən məlumata görə, 2024-cü ildə İSB tərəfindən 320 sığortasız və 19 naməlum nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 339 yol-nəqliyyat hadisəsi üzrə kompensasiya ödənilib.
252 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 327 min 925 manat, 16 şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 41 min manat və 135 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 597 min 634 manat olmaqla, ümumilikdə 403 şəxsə münasibətdə 966 min 559 manat kompensasiya ödənişləri həyata keçirilib.
Kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən üçüncü şəxsin sağlamlığına zərər vurulduqda və sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda təmin edilir.
Kompensasiya ödənişləri ilə bağlı daha ətraflı məlumatı İSB-nin internet səhifəsindən əldə edə bilərsiz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




