Kolumbiya böhranı qəhvə qiymətlərinin yüksəlməsinə səbəb oldu
Trampın Kolumbiyaya qarşı qısamüddətli tarif təhdidi arabica qəhvə fyuçerslərinin rekord artımına səbəb olub. Qlobal qəhvə təchizatındakı problemlər, Braziliya və Vyetnam kimi əsas istehsalçılarda aşağı istehsal qiymətləri artırır. USDA dünya qəhvə ehtiyatlarının 2024-25 mövsümündə son 25 ildə ən aşağı səviyyəyə düşəcəyini gözləyir.ABŞ prezidenti Donald Trampın Kolumbiyaya qarşı qısamüddətli gömrük rüsumu təhdidi qəhvə bazarında dalğalanmalara səbəb olub.
Marja xəbər verir ki, qlobal tədarük çatışmazlığı ilə birlikdə bu rüsum təhlükəsi nəticəsində Arabica qəhvə fyuçersləri rekord həddə çatıb. Arabica qəhvəsinin 4/5 fyuçerslərinin qiyməti artaraq 428,20 dollar olub.
Həftə sonu ABŞ Prezidenti Donald Tramp Kolumbiyanın deportasiya edilən mühacirləri daşıyan iki hərbi təyyarənin enişinə icazə vermədiyi üçün bu ölkədən idxal edilən bütün mallara dərhal 25 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb və bu nisbəti bir həftə ərzində 50 faizə qaldıra biləcəyini əlavə edib. Lakin bir neçə saat sonra Ağ Ev Kolumbiya Trampın şərtləri ilə razılaşdıqdan sonra bu tədbirləri təxirə salacağını açıqlayıb.
Kolumbiyanın qəhvə bazarındakı rolu
ABŞ-a idxal edilən qəhvə dənələrinin 20 faizi - Dünyanın üçüncü ən böyük qəhvə istehsalçısı və ikinci ən böyük Arabica qəhvə istehsalçısı olan Kolumbiyanın payına düşür. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatlarına görə, Kolumbiyada hər hansı bir pozuntu qlobal qəhvə qiymətlərini daha da yüksəldə bilər.
Təhlükə qısamüddətli olsa da, bu, arabica qəhvəsi fyuçerslərinə əhəmiyyətli dərəcədə təsir edib. Nyu-Yorkda fyuçerslər bazar ertəsi 0,9 faiz dəyər qazanıb. Hazırkı qiymətlər 1 il əvvəllə müqayisədə 80 faizdən çox çox yüksəkdir.
Qlobal qəhvə təchizatında böhran böyüyür
Braziliya və Vyetnam kimi aparıcı qəhvə istehsal edən ölkələrdə məhsul çatışmazlığı qlobal qəhvə təklifini təzyiq altında saxlayır. USDA dünya qəhvə ehtiyatlarının 2024-25 mövsümündə son 25 ildə ən aşağı səviyyəyə düşəcəyini proqnozlaşdırır.
Amerikalıların səhər yeməyi bahalaşır
Qəhvə qiymətlərinin artması ilə yanaşı, quş qripilə əlaqədar olaraq yumurta qiymətlərinin artması Amerikada səhər yeməyini bahalaşdırır. Tramp ərzaq qiymətlərini aşağı salmaq vədləri ilə yeni dövrə başlasa da, amerikalı istehlakçılar səhər yeməyi masasında daha yüksək xərclərlə üzləşə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 34 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
3 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
3 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















