CII IF 1 imtahanına hazırlıq kursu
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi CII IF 1 imtahanına hazırlıq kursunu təqdim edir!
Təlim proqramı CII institutu tərəfindən təklif olunan CII IF 1 imtahanına hazırlıq kursudur.
CII IF 1 (The Chartered İnsurance İnstitute - Insurance Foundation (Insurance, legal and regulatory)) – Sertifikatlaşdırılmış Sığorta İnstitutu – Sığortanın əsasları (Sığorta, qanun və qaydaları) Cİİ institutu tərəfindən təklif olunan peşəkar dərəcədir. Bu sığortanın əsas tənzimləyici prinsipləri, sığorta müqavilələri üzrə hüquqi prinsipləri, istehlakçıların hüquqlarının qorunması və sığortanın digər sahələrinə dair ümumi bilikləri əhatə edir. CertCİİ dərəcəsinə layiq görüldükdən sonra namizədlər üçün sığorta agenti, anderrayter, sığorta üzrə risk meneceri, tədqiqatçı, məsləhətçi , analitik və. s. kimi bir çox karyera imkanları mövcuddur.
CII Proqramı haqqında ətraflı məlumat əldə etmək üçün növbəti səhifəyə daxil ola bilərsiniz
Təlimin başlama tarixi: 28 yanvar 2017 - cı il
Dərs günləri: Çərşənbə və şənbə günləri
Vaxt: 1) Çərşənbə günləri: 19:00 – 21:00
2) Şənbə günləri: 14:00 – 16:00
Təlim 25 dərsdən (50 saat) ibarətdir. Dərslərin müddəti 2 və 2.5 saat təşkil edir. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlim zamanı müntəzəm olaraq testlər, sonda isə sınaq imtahanları təşkil olunacaqdır.
Tədris dili: İngilis dili
Təlimin müddəti(saat): 50 saat
Kursun aylıq ödənişi: 300 AZN
Kursun ümumi ödənişi: 750 AZN
* Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür.
* Sayı birdən çox olan eyni şirkət nümayəndələrinə korporativ endirimlər edilir.
Təlimçi - Firdovsi Ağaşirinov CertCII: http://cmtc.gov.az/az/telimciler/31
Dərslər Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində keçiriləcəkdir.Dərslərin keyfiyyətinə Mərkəzimiz zəmanət verir! Təlim proqramımızı müvəffəqiyyətlə tamamlayan tələbələr CII IF 1 imtahanından hazır və sərbəst şəkildə keçəcəklər.
"CII IF 1 " imtahanı üzrə hazırlıq kursu üzrə qeydiyyatdan keçmək və təlim haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://cmtc.gov.az/az/cii-if-1-imtahana-hazirliq
QEYD: "CII IF 1" rəsmi imtahani 04 APREL 2017-Cİ İL tarixində Bakı şəhərində British Council tərəfindən təşkil ediləcəkdir.
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
(+994)12 498 16 77
(+994)70 272 99 79
(+994)55 672 99 79
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
16 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
16 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
16 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 18 saat əvvəl
-
19 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
























