ABŞ iqtisadiyyatı gözləniləndən yavaş artıb
ABŞ iqtisadiyyatı 2024-cü ilin son rübündə illik 2,3 faiz artıb. Proqnoz 2,7 faiz artım idi.ABŞ Ticarət Nazirliyi 2024-cü ilin oktyabr-dekabr dövrü üzrə Ümumi Daxili Məhsula (ÜDM) dair ilkin məlumatları açıqlayıb.
Marja xəbər verir ki, ABŞ-da ÜDM ötən ilin son rübündə illik müqayisədə 2,3 faiz artıb. Bu dövrdə, artım tempi yavaşlayan ABŞ iqtisadiyyatının 2,7 faiz böyüməsi gözlənilirdi.
Ölkə iqtisadiyyatı ötən ilin birinci rübündə 1,6 faiz, ikinci rübündə 3 faiz, üçüncü rübündə isə 3,1 faiz artıb.
ABŞ iqtisadiyyatı 2024-cü ildə ümumilikdə 2,8 faiz artım nümayiş etdirib.
ABŞ iqtisadiyyatının artım tempi 2024-cü ildə 2023-cü illə müqayisədə bir qədər azalıb. Belə ki, ABŞ iqtisadiyyatı 2023-cü ildə 2,9 faiz artmışdı.
Ötən ilin son rübündə iqtisadiyyatın artımasına istehlak xərclərinin və dövlət xərclərinin artması müsbət təsir edib. Bu artımlar investisiyaların azalmasını qismən kompensasiya edilib. Eyni dövrdə artıma mənfi təsir göstərən idxal azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























