Ötən il avtomobillərin icbari sığortasının zərərliliyi 35%-dən çox artıb
2024-cü il ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 167 mln. 711 min manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% və ya 3 mln. 219 min manat azdır. Belə ki, 2023-cü ildə 170 mln. 930 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 129 mln. 997 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 32.8% və ya 32 mln. manat çoxdur. 2023-cü ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 97 mln. 909 min manat olub.
Sığorta yığımlarının azalması, ödənişlərin isə artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 35.3% artırıb. Belə ki, 2023-ci ildə sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 57.3 manatını ödənişə yönəltmişdirsə, ötən il bu rəqəm 77.5 manata yüksəlib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























