Səudiyyə Ərəbistanının neft-servis şirkəti Azərbaycanda iri layihələrdə iştirak etməyi planlaşdırır
Səudiyyə Ərəbistanının “AllRig” neft-servis şirkəti Azərbaycanda öz iştirakını genişləndirmək niyyətindədir.
Bu barədə şirkətin nümayəndəsi Tamer Azar Bakıda keçirilən “IADC Drilling Caspian 2025” konfrans və sərgisinin kuluarlarında bildirib.
Onun sözlərinə görə, “AllRig” Xəzər regionunda, xüsusilə dərinsulu qazma qurğularına diqqət yetirir və 2025-2026-cı illərdə Azərbaycanda iri layihələrdə iştirak etməyi planlaşdırır.
“Biz potensial sifarişçilərlə danışıqlar aparırıq və qazma qurğularının auditi, qazma, yükqaldırma və fırlanan avadanlıqların yoxlanılması, həmçinin əsaslı təmiri üzrə tenderlərdə iştirak edirik. Gözləyirik ki, bu ilin ikinci rübünə qədər layihələrdə iştirak imkanlarımız barədə daha aydın təsəvvür əldə edəcəyik”, – T.Azar bildirib.
O əlavə edib ki, lokallaşdırma strategiyası çərçivəsində şirkət yerli tərəfdaşlarla əməkdaşlığa üstünlük verir. Bu yanaşma regiondakı mövqeyini gücləndirməyə və birgə layihələrin uğurla həyata keçirilməsinə töhfə verəcək.
“Biz Azərbaycanla uzunmüddətli əməkdaşlığa hədəflənmişik”, - deyə T.Azar vurğulayıb.
Qeyd edək ki, “AllRig” dərinsulu platformaları, yerüstü qazma kompleksləri və digər qazma qurğularının servis xidməti üzrə ixtisaslaşıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















