"İqtisadiyyatda Həmrəy Qadınlar" adlı ənənəvi səhər yeməyi keçirilib - FOTOLAR
1 fevral 2025-ci ildə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə "İqtisadiyyatda Həmrəy Qadınlar" adlı ənənəvi səhər yeməyi keçirilib. Tədbirə dövlət qurumlarının nümayəndələri, diplomatik korpus üzvləri və qadın sahibkarlar qatılıb.
Assosiasiyadan MArja-ya verilən məlumata görə, tədbirin əsas məqsədi qadın sahibkarların üzləşdiyi problemləri müzakirə etmək, onların bizneslərinin inkişafını dəstəkləyən mexanizmləri təqdim etmək və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.
Səhər yeməyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov, Meksikanın Azərbaycandakı səfiri Victoria Romero, “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Fərhad Qaraşov, “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Samir Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.
AQSİA sədri çıxışında qadın sahibkarlığının ölkə iqtisadiyyatına töhfəsini vurğulayıb və bu sahənin inkişafı üçün göstərilən dəstəyin əhəmiyyətindən danışıb.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qadın sahibkarlara göstərilən dövlət dəstəyi proqramlarını və yeni təşəbbüsləri təqdim edib.
Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev qadınların məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən bəhs edib.
Özbəkistan və Meksika səfirləri iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri və qadın sahibkarların beynəlxalq ticarət əlaqələrinə cəlb olunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Tədbir səmimi və məhsuldar mühitdə keçib. Qadın sahibkarlar öz uğur hekayələrini bölüşərək, bizneslərini genişləndirmək üçün beynəlxalq bazarlara çıxış imkanlarını müzakirə ediblər. Görüş iştirakçıları arasında gələcək əməkdaşlıqlar üçün yeni əlaqələr qurulub.
Tədbirdə əsas sponsorlar olan "Dore Group" MMC və "Filtrex" MMC-nin video təqdimatları nümayiş etdirilib. Təqdimatlar zamanı şirkətlərin fəaliyyəti, strateji məqsədləri, xidmət sahələri və məhsul çeşidləri haqqında ətraflı məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
6 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
6 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
7 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı






















