Roblox aktiv istifadəçi sayı hədəfinə çata bilmir - SƏHMLƏRİ KƏSKİN UCUZLAŞIB
Roblox səhmləri şirkətin dördüncü rübündə gündəlik aktiv istifadəçi sayının analitiklərin təxminlərindən aşağı düşməsindən sonra 20 faizə qədər ucuzlaşıb.Roblox video oyun platformasının səhmləri, şirkətin dördüncü rübündə gündəlik aktiv istifadəçi sayının analitiklərin proqnozlarından aşağı olduğu məlum olduqdan onra 20 faizə qədər ucuzlaşıb.
Marja xəbər verir ki, Şirkətin açıqladığı məlumatlara görə, dekabrın 31-də başa çatan üç aylıq dövrdə gündəlik aktiv istifadəçilərin sayı əvvəlki rüblə müqayisədə 4 faiz azalaraq 85,3 milyon nəfərə düşüb. Wall Street analitikləri bu rəqəmin 88,4 milyon olacağını gözləyirdilər. Oyunçuların "məşğulluğu" da üçüncü rüblə müqayisədə 9,7 faiz azalaraq 18,7 milyard saata düşüb.
Roblox-un Baş Maliyyə Direktoru Mike Guthrie Şərqi Avropada artımın "həqiqətən yavaş" olduğunu söyləyib. O, Türkiyədə qadağanın avqust ayında qüvvəyə minməsindən sonra ilk dəfə tam rüb ərzində platformadan tamamilə çıxarıldığını bildirib. Roblox-un bu qadağaya etiraz etdiyi də qeyd olunub.
Kaliforniyada yerləşən şirkətin dördüncü rübdə sifarişləri (satış) 1,36 milyard dollar təşkil edib, bu, 1,37 milyard dollarlıq proqnozdan aşağıdır.
Üçüncü tərəf tərtibatçılarına oyunlar hazırlamağa və gəlirdən pay qazanmağa imkan verən Roblox, son illərdə sürətlə böyüyüb. Bu həftə platformanın ən populyar oyunlarından biri onun anonim tərtibatçısından alınıb.
Şirkət rüb ərzində oyun tərtibatçılarına rekord məbləğdə 281 milyon dollar ödəyib. Baş direktor David Baszucki bu rəqəmin platforma vasitəsilə yaradıcılara ötürülən maliyyə dəstəyinin göstəricisi olduğunu vurğulayıb.
Roblox internetdə uşaqları qorumaq üçün kifayər qədər tədbir görmədiyi üçün tənqidlər ilə üzləşib. Keçən il şirkət 13 yaşından kiçik uşaqların sırf sosial qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuş oyunlara daxil olmasına mane olan yeni qaydalar tətbiq edib.
Roblox, 2025-ci il üçün ümumi sifarişlərin 5,2 milyard dollar ilə 5,3 milyard dollar arasında olacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
4 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
9 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
10 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















