"Bakı Metropoliteni"ndə Strateji inkişaf departamentinə yeni rəis təyin edilib
"Bakı Metropoliteni" QSC-nin Strateji inkişaf departamentinə yeni rəis təyin edilib.
Bu barədə quruma istinadən xəbər verilir.
Məlumata görə, bu vəzifə Nərgiz Rövşən qızı Mustafayevaya həvalə edilib.
Nərgiz Mustafayeva əmək fəaliyyətinə 2002-ci ildə “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində başlayıb.
2006-cı ildən etibarən BP şirkətində “Ekologiya və ətraf mühitin mühafizəsi” üzrə müşavir vəzifəsini icra edib. Ətraf mühitə təsirin analitik qiymətləndirilməsi, bu istiqamətdə bir sıra iri layihələrin idarə edilməsində qrup rəhbəri vəzifələrində çalışıb.
2012-ci ildən etibarən Azərbaycan, Gürcüstan və Türkiyə regionunun “Komplyans , Maraqların qorunması ve Ekoloji hüquqi normalar” üzrə şöbə müdiri vəzifəsini icra edib.
2018-ci ildən BP şirkətinin “Hasilat, Quyuqazma, Təhlükəsizlik və Əməliyyat riskləri üzrə Modernizasiya və Transformasiya müşaviri” vəzifəsində əmək fəaliyyətinə davam edərək BP şirkətinin strateji inkişaf və transformasiya istiqamətlərini idarə edib.
2019-cu ildən Orta Şərq, Afrika, Asiya və Avstraliya üzrə Agility (Çeviklik) departamentinin regional rəhbəri vəzifəsini daşıyıb.
Orta təhsilini Bakıda başlayaraq ABŞ-in Ohayo ştatında bitirib. Ali təhsilini Bakı Dövlət Universiteti Fiziki və iqtisadi coğrafiya fakültəsində davam etdirib. Hazırda Oksford Universitetində təhsilini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























