Azərbaycanda inflyasiya sürətlənib - QİYMƏTLƏR DAHA SÜRƏTLƏ ARTIR
Azərbaycanda istehlak qiymətləri indeksinin artım tempi 4,9 faizdən 5,4 faizə sürətnləib.Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb.
Marja.az məlumata istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artıb.
2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya (dekabr)1 faiz qalxıb.
2025-ci ilin yanvar ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 yüksəlib.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz artıb. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2 faiz yüksəlib. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma istilik, elektrik enerjisi, təbii qaz təchizatı və mənzillərin kirayə verilməsi xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,5 faiz, qeyri-qida məhsulları üzrə 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,3 faiz artmışdı. 2024-cü ilin dekabr ayında isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz yüksəlmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsi "Yaşıl dəhliz"dən istifadənin aşağı düşməsinə aydınlıq gətirib
-
1 saat əvvəl
Gələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır
-
1 saat əvvəl
"Aqroparklara 2,4 milyard manata yaxın investisiya yatırılıb"
-
1 saat əvvəl
Gürcüstanda Rusiya dizeli tamamilə Azərbaycan yanacağı ilə əvəz oluna bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR-ın “yaşıl” istiqrazlarının üçüncü faiz ödənişi edilib
"Aqroparklara 2,4 milyard manata yaxın investisiya yatırılıb"
Nazirlik: Pambıq yığımında rekord göstəricilər əldə olunur
Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir - FƏRMAN
Ən çox oxunanlar
Azərbaycan “S&P Global Ratings” ilə müqaviləni uzatmayıb, əvəzində “Moody’s Ratings” ilə müqavilə bağlayıb
İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib
Tamstore meyvə və tərəvəzi maya dəyərinə satacaq
Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
Pulunuzu “EXTRA” artıracaq rəqəmsal xidmət: 10,5 %-dək gəlir












.jpg)







.jpg)


.jpg)


