“Caspian Energy Club” üzvləri Veysəloğlu Şirkətlər Qrupuna məxsus Logistika Mərkəzində olublar
(®) “Caspian Energy Club” üzvləri Veysəloğlu Şirkətlər Qrupuna məxsus Logistika Mərkəzində olublar.
“CEO Tour” çərçivəsində “Caspian Energy Club”a üzv olan 40-dək sahibkarlıq subyektinin rəhbəri Məmmədli qəsəbəsində yerləşən Logistika Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.
“CEO Tour” zamanı sahibkarlara Logistika Mərkəzinin əməliyyat prinsipləri, müasir texnologiyaların tətbiqi və təchizat zəncirinin idarə edilməsi barədə ətraflı məlumat verilib. Tədbir iştirakçıları anbar idarəetmə sistemləri, yüklərin qəbulu və paylanması prosesi ilə tanış olub, logistika sahəsində innovativ həllər barədə məlumat əldə ediblər.
Bildirilib ki, Qafqazın ən böyük logistika mərkəzlərindən biri olan Veysəloğlu Logistika Mərkəzi Keyfiyyət idarəetmə və Əməyin mühafizəsi üzrə beynəlxalq İSO 9001 standartlarına layiq görülüb. Logistika Mərkəzi 22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq və donmuş məhsullar saxlanılır. Anbar gündəlik 6000 palet mal qəbul edir və 4000 mağazaya məhsul təminatını həyata keçirir.
Sonda “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müşaviri İlqar Nuri, “Araz” Logistika direktoru Anar Adilzadə, eləcə də “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və üzvlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Veysəloğlu Şirkətlər Qrupuna məxsus olan şirkətlər, eləcə də pərakəndə ticarət subyektlərinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu kimi görüşlər və müzakirələr biznes subyektləri arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərir.
Qeyd edək ki, “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasın və onlarda fəal iştirak etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
30 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR























