Baş direktor Rəna Məmmədova: Coca-Cola-nın hədəfi gələcək nəsillərə daha yaxşı dünya bəxş etməkdir
Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır.
“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova CBC Azərbaycan telekanalına verdiyi müsahibəsində qeyd edib ki, Coca-Cola 2025-ci ildə 30 illiyini qeyd edəcək.
Baş direktorun sözlərinə görə, Coca-Cola həm ekoloji, həm də sosial məsələlərə həssas yanaşır. Şirkətin Azərbaycanda da fəaliyyət göstərdiyi 30 il ərzində həyata keçirdiyi layihələr buna nümunədir.
Rəna xanım bildirib ki, Şirkətin qlobal Dayanıqlı İnkişaf Strategiyasına uyğun olaraq Azərbaycanda da missiyası su resurslarının qorunması, ətraf mühitin mühafizəsi, gənclərin, qadınların iqtisadi imkanlarının artırılması və dayanıqlı inkişafın təmin edilməsidir:
“Artıq uzun müddətdir ki, Coca-Cola şirkətinin təşəbbüsü ilə “Tullantısız Dünya” proqramı həyata keçirilir. Proqram çərçivəsində Coca-Cola Azərbaycanda da bir sıra ekoloji layihələrə dəstək olur. “HORECA Collection”, “Xəzəri Qoruyaq!”, “Təmiz Ölkəm”, “Təmiz Sumqayıt”, “Sıfır Tullantı” və ADA Universitetində həyata keçirdiyimiz “Suyu qoru, təbiəti canlandır” kimi ekosistemin yaxşılaşdırılmasına yönələn layihələr bura daxildir. Ölkədə daha yaşıl dünya üçün çoxsaylı meşəsalma və ağacəkmə layihələri də həyata keçirmişik. Coca-Cola-nın dəstəyi ilə son bir neçə ildə ölkədə 100.000-dən çox ağac əkilib. Həmin ağaclar üçün qurulmuş damcı-suvarma sistemi ilə suya da qənaət edilir. Onu da qeyd edim ki, cari il “Xəzəri Qoruyaq!” genişmiqyaslı aksiyasının 15-ci ildönümünü qeyd etdik. Kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 89 hektardan çox ərazisini təxminən 57 ton tullantıdan təmizlədik. Yaxın tarixdə plastik tullantıların təkrar emal prosesini daha da sadələşdirdik. Bu məqsədlə “Koroğlu”, “20 Yanvar”, “Əhmədli” metro stansiyalarında və Babək prospektində yerləşən “Bravo” hipermarketlərinin qarşısına təkrar emal konteynerləri yerləşdirilib”.
Coca-Cola həm də sosial layihələrə dəstək olur. Belə ki, bunlar “Gənc və əlilliyi olan qadınların iqtisadi və sosial həyatda səlahiyyətləndirilməsi", “Birlikdəyik”, “Rayon qadınlarının, gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi”, “Youth Inc. Business Academy”, “Sahibkarlıq Proqramı”, “from Start to Smart” və “New Generation” kimi müxtəlif yönümlü layihələrdir.
Ümumillikdə, davamlılıq hər sahədə olduğu kimi ekoloji və sosial sahədə də əsas prioritetlərimizdən biridir. Hədəfimiz gələcək nəsillərə daha yaxşı dünya bəxş etməkdir”.
Qeyd edək ki, şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə Coca-Cola-nın Azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
1 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
3 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
Əliyevlə Tramp arasında görüş keçirilib
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Ən çox oxunanlar
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib























