"NEO Motors"dan RƏSMİ BƏYANAT
Yaranmış anlaşılmazlığın əsas səbəbi telefon danışıqları zamanı "Li Auto" nümayəndələrinin son ana qədər "Efendiler" şirkəti ilə distribyutorluq sazişinin imzalanmasını inkar etməsi olub. Bu səbəbdən "Efendiler" şirkətindən yaranmış anlaşılmazlığa görə üzr istəyir və onları "Li Auto"nun Azərbaycandakı rəsmi distribyutoru statusunu əldə etmələri münasibətilə təbrik edirikBundan öncə "NEO Motors" tərəfindən təqdim olunmuş materialda qeyd olunurdu ki, "Li Auto" avtomobillərinin Azərbaycan ərazisində distribyusiyası üzrə heç bir şirkətin eksklüziv hüquqları yoxdur.
Bu gün "NEO Motors" yeni rəsmi açıqlama yayıb.
Marja.az açıqlamanı təqdim edir:
"Bundan öncə yayımladığımız materialda qeyd olunurdu ki, "Li Auto" avtomobillərinin Azərbaycan ərazisində distribyusiyası üzrə heç bir şirkətin eksklüziv hüquqları yoxdur. Lakin "Li Auto" nümayəndələrinin "NEO Motors" ofisinə səfərindən sonra məlum oldu ki, bizə təqdim edilən məlumat şirkət tərəfindən qeyri-dəqiq şəkildə çatdırılıb.
Aydın olub ki, yaranmış anlaşılmazlığın əsas səbəbi telefon danışıqları zamanı "Li Auto" nümayəndələrinin son ana qədər "Efendiler" şirkəti ilə distribyutorluq sazişinin imzalanmasını inkar etməsi olub. Nəticədə biz mövcud olan məlumatlara əsaslanaraq hərəkət etmişik. "NEO Motors" olaraq obyektivlik və dəqiqliyi informasiya siyasətimizin əsas prinsipləri kimi qəbul edirik və yeni şəraitə uyğun olaraq açıqlamalarımızı vaxtında dəqiqləşdirməyə hazırıq.
Bu səbəbdən "Efendiler" şirkətindən yaranmış anlaşılmazlığa görə üzr istəyir və onları "Li Auto"nun Azərbaycandakı rəsmi distribyutoru statusunu əldə etmələri münasibətilə təbrik edirik. Onlara bazarın inkişafında uğurlar arzulayırıq və əminik ki, onların fəaliyyəti ölkəmizdə elektromobillərin geniş yayılmasına mühüm töhfə verəcək.
"NEO Motors" daim ədalətli və şəffaf rəqabətin tərəfdarıdır və avtomobil sənayesində innovativ texnologiyaların inkişafını dəstəkləyir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcək, Azərbaycanın elektromobil bazarının daha da güclənməsinə və inkişafına töhfə verməyə çalışacağıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)






