“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir
Bu ilin fevral ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 73,79 % təşkil edib.
“Statcounter” agentliyinin fevral hesabatına görə, bu, yanvar ayına nisbətən 2,69 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə isə 22,49 faiz bəndi çoxdur. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq ikinci aydır azalır.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 1,69 faiz bəndi artaraq, illik isə 21,37 faiz bəndi azalaraq 11,73 % təşkil edib.
Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 0,1 faiz bəndi artaraq, illik isə 1,83 faiz bəndi azalaraq 5,49 % olub.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,39 faiz bəndi, illik isə 0,35 faiz bəndi artaraq 4,7 % təşkil edib.
İlk beşliyi 2,9 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,56 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,62 faiz bəndi artıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
- 16 d. əvvəl
-
37 d. əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
38 d. əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 47 d. əvvəl
-
51 d. əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib






















