Avropa tanıdı -Sahibkarların xarici bazarlara çıxışı sürətlənəcək
Azərbaycanda ilk dəfə olaraq yerli sertifikatlaşdırma orqanı olan “AzQidaSert” beynəlxalq akkreditasiyadan keçərək, sahibkarların xarici bazarlara çıxışını sürətləndirmək üçün əlavə imkanlar əldə edib.
Azərbaycanda qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və verilən sertifikatların beynəlxalq səviyyədə tanınması məqsədi ilə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “AzQidaSert” sertifikatlaşdırma orqanı beynəlxalq akkreditasiyadan keçib. Beləliklə, “AzQidaSert” sertifikatlaşdırma orqanları sırasında beynəlxalq akkreditasiyadan keçmiş ilk orqan olaraq yerli məhsullara təqdim etdiyi sertifikatların Avropada tanınmasına nail olub.
Sentyabrın 7-də akkreditasiya attestatının təqdimetmə mərasimi keçirilib. Latviya AkkreditasiyaTəşkilatının (LATAK) rəhbəri Olqa Veylande sənədi “AzQidaSert” sertifikatlaşdırma orqanının direktoru Mahmud Yusubova təqdim edib.
Tədbirdə çıxış edən “AzQidaSert”indirektoru Mahmud Yusubov sertifikatlaşdırma orqanının fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, orqan kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırması üzrə ixtisaslaşıb və Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunub.
M.Yusubov bildirib ki, Azərbaycanda qeyri-neft məhsullarının ixrac potensialını gücləndirmək məqsədilə aqrar sektorun inkişafına mühüm önəm verilir. Bu istiqamətdə pambıqçılıq, baramaçılıq, şərabçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir. Azərbaycanda qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və verilən sertifikatların beynəlxalq səviyyədə tanınması üçün xarici dövlətlərlə bu sahədə münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edən orqan rəhbəriəlavə edib ki,bu məqsədlə “AzQidaSert” sertifikatlaşdırma orqanı bu ilin yanvar ayında İSO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara dair tələblər” standartına uyğun olaraq beynəlxalq akkreditasiyadan keçmək üçün Latviyanın Akkreditasiya Təşkilatına (LATAK) müraciət edib. İyun ayında LATAK əməkdaşları sertifikatlaşdırma orqanında qiymətləndirmə aparıb, qiymətləndirmənin nəticələrinə əsasən sertifikatlaşdırma orqanının İSO/İEC 17065:2012 standartının tələblərinə cavab verdiyini müəyyən edərək akkreditasiya olunması barədə müvafiq qərar qəbul ediblər.
M.Yusubov həmçinin qeyd edib ki, “AzQidaSert” sertifikatlaşdırma orqanı hazırda qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinin sertifikatlaşdırıması sahəsində də beynəlxalq akkreditasiyadan keçmək niyyətindədir.
Tədbirdə çıxış edən Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru v.i.e. Sabiq Abdullayevson illər ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində akkreditasiyanın rolu haqqında danışıb. S.Abdullayev bildirib ki, bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə akkreditasiyanın rolu danılmazdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovda çıxış edərək istehlakçı hüquqlarının müdafiəsi sahəsində sertifikatlaşmanın rolunun mühüm olduğunu diqqətə çatdırıb.
Latviyanın milli akkreditasiya qurumunun rəhbəri Olqa Veylande Azərbaycanla Latviya arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, keyfiyyət infrastrukturu sahəsində, xüsusən uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Tədbirdə İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsi, “Ərzaq Tədarükü və Təhlükəsizliyi” ASC və digər dövlət, qeyri-hökümət təşkilatı nümayəndələri, həmçinin sahibkarlar iştirak edib.
Məlumat üçün bildirək ki, “AzQidaSert” sertifikatlaşdırma orqanının Latviyanın milli akkreditasiya qurumu tərəfindən akkreditasiya olunması Azərbaycanda yerli məhsullara verilən uyğunluq sertifikatlarının Avropa Birliyi ölkələrində tanınmasını təmin edəcək. Bu, yerli sahibkarların xarici bazarlara çıxarkən əlavə vaxt və maliyyəxərclərinin azaldılması, maneəsiz ixrac imkanlarının genişlənməsinə imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu











.jpg)






.jpg)


