“0.0 alkoqolsuz pivə ilə avtomobil sürmək olar”
Ekspertlər bildirir ki, ötən il Azərbaycan pivə bazarına təqdim olunan 0.0% alkoqolsuz pivə bu günə qədər satışda olan 0% alkoqolsuz pivələrdən fərqlənir. Belə ki, bazarda alkoqolsuz pivə adı ilə təqdim edilən bəzi pivələrin tərkibinə diqqət yetirdikdə alkoqol göstəricisinin 0,4%, yaxud 0,5% olduğunu görürük. Bu pivələri istehlak edərək avtomobil idarə etmək qadağandır, çünki sərxoşluq vəziyyəti yaradır.
"Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"na, əsasən, qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması şəxsin sərxoşluq vəziyyətində olduğunu göstərir. Belə olan halda isə 0%-li pivələri istehlak etmək olmaz. Bəs, görəsən, 0.0%-li pivə ilə bağlı vəziyyət necədir?
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, tam 0%-li alkoqolsuz pivə avtomobil idarə etməyə mane olmur:
“İllərdir bazarda 0% adı ilə müxtəlif pivə məhsulları satılır, lakin bu məhsulların etiketinə diqqətlə baxdıqda görürük ki, tərkibində 0,5% spirt var. Bu da o deməkdir ki, yol polisinin yoxlanışı zamanı icazə verilən normadan artıq spirt ortaya çıxır. Son vaxtlar bazara yerli istehsal, tam 0% diaqnozlu pivə daxil olub. Bu məhsul, həqiqətən də, tamamilə sprirtsizdir. İstehsalçı tərəf də açıqlayıb ki, bu pivəni içərək rahatlıqla sükan arxasına keçmək olar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələyə münasibət bildirib:
“Azərbaycanda istehsal olunan 0.0%-li alkoqolsuz pivələrdən bu günə qədər Azad İstehlakçılar Birliyinə şikayət daxil olmayıb. Birliyimizin Qida Təhlükəsizliyi Agentliyindən aldığı məlumata görə, Azərbaycanda istehsal olunan 0.0%-li alkoqolsuz pivənin tərkibində həqiqətən də alkoqol yoxdur”.

Qeyd edək ki, sərxoş vəziyyətdə avtomobil idarə etmək sizin hadisələrə reaksiyanızı ləngidir, görmə qabiliyyətinizi bulanıqlaşdırır, sizi yuxulu və yorğun hiss etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 2 d. əvvəl
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib







.jpg)







.jpg)



