“PAŞA Həyat Sığorta”nın ümumi gəlirləri 40 faizdən çox artıb
“PAŞA Həyat Sığorta” ASC 2024-cü ili 60 milyon 472 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 62 milyon 814 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 2 milyon 342 min manat və ya 3,9% azalıb.
Marja.az Şirkətin 31 Dekabr 2024-cü il tarixinə olan hesabatlarına istinadən xəbər verir ki, “PAŞA Həyat Sığorta”nın ümumi gəlirləri 2023-cü ildə 412 milyon 554 min manat ikən, 2024-cü ildə 578 milyon 717 min manat təşkil edib (166 milyon 163 min manat və ya 40,3% artıb).
Ötən il “PAŞA Həyat Sığorta”nın əsas əməliyyat gəlirləri 15% artaraq 595 milyon 983 min manat, investisiya gəlirləri 34% artaraq 44 milyon 455 min manat olub. Xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə məbləğ 2,2 dəfə azalaraq 61 milyon 788 min manat təşkil edib.
2024-cü ildə “PAŞA Həyat Sığorta”nın ümumi xərcləri 168 milyon 584 min manat və ya 50,1% artaraq 501 milyon 562 min manat təşkil edib.
“PAŞA Həyat Sığorta”nın xərlərindəki artım gəlirlərindəki artımı üstələdiyinə görə, ötən il Şirkətin əməliyyat mənfəəti 2 milyon 421 min manat az olub. Bu səbəbdən Şirkətin maliyyə mənfəəti də bir o qədər azalaraq 77 milyon 155 min manata geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)





