Azərbaycanda meyvə bağlarına aqrar sığorta ödənişləri 18 dəfə artıb
Azərbaycanda dövlət dəstəyiilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara ödənişlər kəskin artıb.
Aqrar Sığorta Fondunun məlumatına görə, sıbğorta ödənişlərinin artımı özünü xüsusilə meyvə bağlarında göstərir.
Belə ki, 2024-cü ildə meyvə bağlarında baş verən müxtəlif hadisələr nəticəsində dəyən zərərlər üzrə bağını sığorta etmiş fermerlərə ümumilikdə 721 min manat ödəniş edilib.
Bu əvvəlki ilin göstəricisinə nisbətən 18 dəfə artıqdır. Xatırladaq ki, 2023-cü ildə meyvə bağları üzrə ümumilikdə 39 min manat sığorta ödənişi edilmişdi.
2024-cü ildə fermerlərin aqrar sığorta barədə məlumatının daha da yüksəlməsi, sığortalanan meyvə bağlarının sahəsinin genişlənməsi və təbiət hadisələrinin tezliyinin artması nəticəsində sığorta ödənişlərinin kəskin artımına səbəb olub.
Meyvə bağları üzrə aqrar sığorta ödənişləri ölkənin bütün iqtisadi regionlarında həyata keçirilib. Ən çox sığorta ödənişləri üzüm, gilas, alma, badam, ərik, alça, armud, şaftalı, qoz, limon, naringi, nektarin, xurma və sair məhsullar üzrə həyata keçirilib.
Sığorta ödənişinə səbəb olan əsas hadisələr isə fırtına-qasırğa, dolu, şaxtavurma halları olub.
Belə ki, 2024-cü ildə meyvaə bağlarına edilmiş sığorta ödənişlərindən 130 min manatı şaxtavurma hadisəsi üzrə həyata keçirilib. Hazırda müxtəlifı meyvə bağları və əkinlər üzrə sığortalanma prosesi davam edir.
Xatırladılıb ki, 2024-cü ildə aqrar sığorta mexanizmindən istifadə edən fermer və təsərrüfatlara müxtəlif hadisələr üzrə ümumilikdə 6,4 milyon manat sığorta ödənişi edilib. Bu 2023-cü illə müqayisədə 2 milyon manat artıqdır.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortaanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı mərkəzinə müraciət etməklə almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























