“AzerGold”: Yerli qızıl məhsullarınının satışı dayandırılmayıb
"Cəmiyyətin onlayn satış platformasında “AzerGold” məhsullarının satış, o cümlədən geri alış qiymətləri yalnız Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun olaraq dəyişdiyi zaman texniki yenilənmələr prosesində qısa müddət ərzində deaktiv edilir. Bu, heç bir halda satışların dayandırılması demək deyildir".“AzerGold” QSC “Yerli qızıldan hazırlanan məhsullar tükənib, satışı mövcud deyil” başlıqlı xəbərə münasibət bildirib.
Şirkətdən Marja.az-a bildirilib ki, yayımlanmış məlumat qeyri-dəqiq olub.
"Bildirmək istərdim ki, “AzerGold” QSC tərəfindən yerli qızıl və gümüş xammalından müxtəlif çəki və dizaynlarda hazırlanmış qiymətli məhsulların satışı dayandırılmayıb. 01.04.2024-cü il tarixində və hazırda da www.azergold.gift onlayn satış platformasında, eləcə də Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində satış fasiləsiz olaraq davam etdirilir. Cəmiyyətin onlayn satış platformasında “AzerGold” məhsullarının satış, o cümlədən geri alış qiymətləri yalnız Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun olaraq dəyişdiyi zaman texniki yenilənmələr prosesində qısa müddət ərzində deaktiv edilir. Bu, heç bir halda satışların dayandırılması demək deyildir.
Diqqətinizə çatdırmaq istərdik ki, “AzerGold” QSC tərəfindən yerli qızıl və gümüş xammalından müxtəlif çəki və dizaynlarda hazırlanmış qiymətli məhsulların – qızıl sikkə və külçələrin, gümüş sikkələrin satışı 2019-cu ildən etibarən fasiləsiz olaraq həyata keçirilir. Ən yüksək keyfiyyətdə istehsal edilən qızıl və gümüş sikkə çeşidləri xalqımızın qədim tarixi keçmişini, zəngin milli-mənəvi dəyərlərini təbliğ edir. Məhsullarımıza həm unikal hədiyyə seçimi qismində, həm də istənilən zaman milli valyuta ilə mübadilə bilən sərfəli investisiya aləti kimi tələbat kifayət qədər böyükdür. Tələbata uyğun olaraq vaxtaşırı məhsul ehtiyatı təmin edilir".
Qeyd edək ki, dünən Marja.az-da “AzerGold” QSC-nin saytına və Satış və mübadilə mərkəzindən verilən məlumata istinadən "Yerli qızıldan hazırlanan məhsullar tükənib, satışı mövcud deyil" başlıqlı xəbər yayımlanıb. Xəbərdə qeyd olunmuşdur:
"Yerli qızıldan hazırlanan sikkə və külçələrinin pərakəndə satışında fasilə yaranıb. Azergold.gift saytında "Məhsullar" bölməsində qızıl sikkə və külçə məhsulları barədə məlumatlar yığışdırılıb. Hazırda onlayn şəkildə qızıl məhsulları almaq mümkün deyil.
Həmçinin, hazırda Bakıda Bülbül prospekti, 3 ünvanında yerləşən "AzerGold" Satış və mübadilə mərkəzində də qızıl sikkə və külçə məhsullarının satışı mövcud deyil.
Gümüş sikkələrin satışı isə davam edir.
"AzerGold"ın Satış və mübadilə mərkəzindən Marja.az-da bildiridi ki, hazırda "stokda" (anbarda) qızıl məhsulları yoxdur, bu səbəbdən satışda mövcud deyil. Aprelin 15-dən etibarən qızıl məhsullarının yenidən satışda olacağı gözlənilir.
Qeyd edək ki, geo-siyasi gərginlik və iqtisadi narahatlıqlar ilə əlaqədar olaraq Dünya bazarında qızıl sürətlə bahalaşır. Dünən 1 unsiya qızılın qiyməti 3100 dolları da keçirək rekord qırıb. Sarı metalın sürətlə bahalaşması ona tələbi daha da artırıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























