“PAŞA Bank”dan sahibkarlara yeni kampaniya: “mPOS” ilə “Mastercard” ödənişlərinə 0% komissiya
(®) Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə “PAŞA Bank” yeni təşəbbüslərini davam etdirir.
Bank sahibkarlar üçün yeni kampaniyaya start verib. 30 iyun 2025-ci il tarixinədək davam edəcək kampaniya çərçivəsində, müştərilər “mPOS” terminalı üzərindən “Mastercard” kartları vasitəsilə qəbul etdikləri ödənişlər üçün heç bir komissiya ödəməyəcəklər. Bu təşəbbüs sahibkarların ödəniş proseslərini daha sərfəli və səmərəli şəkildə idarə etmələrini hədəfləyir. Kampaniya bankın həm cari, həm də “mPOS” sifariş edən yeni müştərilərinə şamil olunur.
“mPOS” sifariş etmək və kampaniyadan yararlanmaq üçün linkə keçid edin.
Qeyd edək ki, “mPOS” məhsulu “Android” əməliyyat sistemli smartfonları POS-terminala çevirərək sahibkarlara nağdsız ödənişləri asanlıqla qəbul etmək imkanı yaradır. Sahibkarlar depozit və dövriyyə tələbi olmadan “mPOS” məhsulundan istifadə edərək təmassız ödənişləri telefonları ilə qəbul edə bilərlər.
“PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















