Nazir Sahil Babayev iki rəisi çıxardı
Maliyyə Nazirliyində iki yüksəkvəzifəli şəxs işdən azad edilib.
Qurumun Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələri üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb.
Eyni zamanda, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin dövlət qulluğuna öz arzuları ilə xitam verilib.
Məlumat Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilib.
Maliyyə Nazirliyindən bildirilib ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev öz istəyi ilə vəzifəsini tərk edib və yerinə hələ ki, təyinat olmayıb.
Qeyd edilib ki, nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev də öz arzusu ilə vəzifəsindən ayrılıb.
Fotoda: Elman Piriyev

© "Report", "Bakupost"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























