Bu aqropark 10 milyon manat investisiya qoyuluşu planlaşdırır
“Yalama Aqropark”ın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 20 milyon manat investisiya qoyulmuşdur".
Bunu "Marja"ya “Yalama Aqropark”ın İcraçı direktoru Zaur Əliyev bildirib.
Qoyulmuş investisiya nəticəsində cins heyvandarlıq təsərrüfatı, yem zavodu və taxıl anbarları, kənd təsərrüfatı texnikası parkı, müasir suvarma sistemi və lazımi infrastruktur işləri icra edilmişdir:
"Ümumilikdə qoyulmuş investisiya nəticəsində layihənin 1-ci mərhələsi üzrə 170 daimi iş yeri yaradılmış, illik 4 milyon manat dəyərində təbii süd və 1.5 milyon manat dəyərində bitkiçilik məhsulları istehsalına nail olunmuşdur”,- Zaur Əliyev dedi.
Həmçinin dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin suvarma suyuna olan ehtiyacların ödənilməsində mühüm rol oynayan 3.2 kilometr uzunluğunda beton suvarma kanalı və tutumu 50 min kub metr olan su hovuzu tikilmişdir.
Layihənin 2-ci mərhələsi üzrə planlaşdırılan işlərin icrası üçün əlavə olaraq 10 milyon manat investisiya qoyuluşu planlaşdırılır. Bunun ilə aqroparkda yaradılacaq iş yerlərinin sayı 300-ü keçmiş olacaqdır.
DÜNYACA MƏŞHUR ŞİRKƏTLƏR İLƏ DANIŞIQLAR APARILIR
Aqroparkın direktoru yeni layihələr barədə də məlumat verdi:
“Hazırda ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında istifadəmizə verilən 956 hektar əkin sahəsində müasir suvarma sisteminə malik bitkiçilik təsərrüfatının qurulması işləri icra edilir. Ərazidə daxili drenaj və kollektor sistemləri təmizlənmiş, suvarma kanalları bərpa edilmişdir. Həmçinin əkinlərin daimi suvarma suyu ilə təmini üçün Su və Meliorasiya Təsərrüfatı İdarəsi ilə əraziyə daimi su mənbəyi olan “Xanarx” və digər suvarma kanallarından beton kanalların çəkilişi üzrə layiləndirmə işləri aparılır. Əraziyə 2 müxtəlif suvarma mənbəyindən 10 km yaxın beton suvarma kanalının çəkilməsi və 2 ədəd tutumu 50000 m3 olan su hovuzunun tikilməsi nəzərdə tutulub. Həmçinin müasir suvarma sistemlərinin qurulması üçün “Valley”, “Reinke” və “Lindsay” kimi dünyaca məşhur şirkətlər ilə danışıqlar aparılır.
Hal-hazırda heyvandarlıq kompleksinin tutumunun 1300 baş sağmal inəyə çatdırmaq və Müqtədir ərazisində 1000 başlıq ətlik heyvandarlıq kompleksinin tikintisi üzrə layihələndirmə işləri icra edilir.
Heyvandarlığın artan yem tələbatını təmin etmək üçün tutumu əlavə olaraq tutumu 7500 m3 olacaq taxıl anbarı (silo) və qurutma gücü saatda 50 ton olan yeni qurutma sisteminin qurulması üzrə işlər davam etdirilir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
30 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
31 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb






.jpg)





.jpg)











