Sahibkarların “yaşıl layihə”ləri üçün 450 min manat qrant ayrılıb
“Yaşıl layihə”ləri olan sahibkarlar “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, qrant, təlim, məsləhət xidməti və satışa dəstək üçün KOBİA-ya müraciət edə bilər.KOB-ların “yaşıl layihə”lərinin inkişaf etdirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək təşəbbüslərinin reallaşdırılmasına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən indiyədək 27 layihəyə 450 min manatdan çox qrant ayrılıb, 10-dan çox “Startap” şəhadətnaməsi verilib.
KOBİA-nın təşəbbüsü və sahibkarların müraciəti əsasında təkrar emal və resurslardan səmərəli istifadə üzrə Agentlik tərəfindən 3 daxili bazar araşdırması aparılıb. Bu istiqamətdə bugünədək KOBİA 250 təlim təşkil edib. KOB subyektlərinin “yaşıl layihə”lərinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib. Sahibkarların “yaşıl iqtisadiyyat” ilə bağlı məlumatlandırılması, “yaşıl biznes”in təşviqi üzrə Bakıda və ölkə regionlarında 250-dən çox sahibkarın iştirakı ilə sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunub.
Yaşıl təşəbbüs və layihələri olan sahibkarlar “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, qrant, təlim, məsləhət xidməti və satışa dəstək üçün KOBİA-ya müraciət edə bilərlər.
2024-cü ildə KOBİA-nın təşəbbüsü və dəstəyi ilə “Yaşıl biznesin idarəedilməsi sistemləri” və “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartları hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub, ESG üzrə vahid rəqəmsal platforma (https://esghub.az/) istifadəyə verilib. Həmçinin, sahibkarlar ətraf mühitə göstərdikləri təsiri ölçmək, istifadə etdikləri resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən yaradılmış özünüqiymətləndirmə platformasından (https://yb.smb.gov.az/) istifadə edə bilərlər. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək və müvafiq sualları cavablandıraraq enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirməklə zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
17 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
17 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
18 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu























