“PAŞA Bank”ın dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə baş tutan tədbir tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsini hədəfləyib. Aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 3481 litr olan şüşə, 1040 litr olan plastik tullantı, 831 ədəd işlənmiş batareya təhvil alınıb, əvəzində onlara müxtəlif hədiyyələr verilib. Festival çərçivəsində iştirakçılara musiqili proqram, tullantıların çeşidlənməsinə dair uşaqlar üçün maarifləndirici oyunlar, ekoçantalar üzərində rəsmlərin çəkilməsi və müxtəlif master klasslar təqdim olunub.
2024-cü ildən start verilən və dəfələrlə təşkil olunan festival tullantıların təkrar emal edilərək dəyərli resursa çevrilə biləcəyini göstərməklə, cəmiyyətdə ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmanı təşviq edir.
Qeyd edək ki, ekoloji cəhətdən təmiz bir gələcək üçün səylərini səfərbər edən Bank təbiətin mühafizəsi və ətraf mühitin qorunmasına yönələn bir sıra təşəbbüslərin aktiv iştirakçılarındandır. “PAŞA Bank” 2023-cü ildə “BMT Qlobal Sazişi”nin üzvü olub. Bankın “2024-2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası” həmin qlobal təşəbbüsün Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun tənzimlənib. Həmin DİM-lərin arasında “İqlim dəyişikliyinə qarşı mübarizə” sahəsi xüsusi yer tutur və Bank cari strateji dövrdə bu istiqamət üzrə fəaliyyətini genişləndirməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















