Hacıqabul yumurtaları ABŞ bazarında
Azərbaycandan ABŞ-a yumurta daşınır. Hacıqabul Quşçuluq Şirkəti Afrikaya da yumurta satmağa başlayıb.
Azərbaycanın aparıcı kənd təsərrüfatı müəssisələrindən biri olan Hacıqabul Quşçuluq Şirkəti ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Corciya ştatına yumurta ixracını uğurla həyata keçirilmişdir.
Marja.az Şirkətə istinadən xəbər verir ki, ixrac olunan məhsullar ABŞ-ın müvafiq dövlət qurumları tərəfindən laborator müayinədən keçirilmiş, istehlaka yararlı hesab edilərək bazara çıxarılmışdır.
ABŞ-da quş qripi səbəbilə baş verən yumurta çatışmazlığı və qiymət artımı fonunda əldə olunmuş razılaşmaya əsasən, ilkin mərhələdə 720 000 ədəd yumurta Corciya ştatına göndərilmişdir. Əlavə olaraq, iki ABŞ mənşəli şirkət tərəfindən həftəlik olaraq 1 080 000 ədəd yumurta üçün sifariş tələbi qəbul edilmişdir.
Yumurtaların daşınması “Poti Logistik Parkı”nın dəstəyi ilə konteynerlər vasitəsilə sürətli və təhlükəsiz şəkildə həyata keçirilir. Bu mühüm addım Azərbaycanın yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının qlobal bazarlarda artan nüfuzunun və rəqabət qabiliyyətinin barizgöstəricisidir.
Hacıqabul Quşçuluq Şirkəti eyni zamanda Afrika qitəsində də uğurlu ixrac addımı atmışdır. Belə ki, Qambiya Respublikasına 770 000 ədəd yumurta ixrac edilmiş, cari ayın sonunadək əlavə 820 000 ədəd yumurtanın göndərilməsi planlaşdırılır.
Hazırda Hacıqabul Quşçuluq Şirkəti Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Əfqanıstan bazarlarına müntəzəm yumurta ixracını həyata keçirir. Təkcə 2025-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərinə ümumilikdə 26 542 800 ədəd yumurta ixrac olunmuşdur ki, bu da ölkədə daxili yumurta balansının qorunub saxlanmasına öz müsbət töhfəsini vermişdir.
Əlavə olaraq Avropa İttifaqı ölkələrinə ixrac istiqamətində zəruri texniki və hüquqi prosedurlara başlanmışdır. Həmçinin Körfəz ölkələri ilə yeni ixrac müqavilələrinin imzalanması üzrə yekun danışıqlar aparılır və yaxın günlərdə bu bazarlara da ixracın başlanması planlaşdırılır.
"Bu uğurların əldə olunmasında ölkə rəhbərliyinin kənd təsərrüfatı sektoruna, xüsusilə də quşçuluq sahəsinə göstərdiyi ardıcıl diqqət və sistemli dəstək mühüm rol oynayır. Azərbaycanda həyata keçirilən iqtisadi şaxələndirmə siyasəti və qeyri-neft sektorunun inkişafına yönəlik islahatlar, yerli istehsalçılara qlobal bazarlarda öz mövqelərini gücləndirməyə və yüksək keyfiyyətli məhsulları ixrac etməyə imkan yaratmışdır", - Şirkətin məlumatında bildirilir.
Cari il ərzində şirkət HACCP, ISO 9001:2015 və ISO 22000:2018 beynəlxalq uyğunluq sertifikatlarına layiq görülmüşdür ki, bu da Azərbaycanın beynəlxalq bazarlara daha etibarlı və keyfiyyətli məhsul təqdim etməsinə imkan yaradır.
Yaxın zamanda şirkət Azərbaycanda ilk dəfə olaraq pasterizə olunmuş yumurta istehsalı sahəsini istifadəyə verməyə hazırlaşır. Bu innovativ addım məhsulun saxlanma müddətini artırmaqla yanaşı, qlobal bazarlarda rəqabət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Qeyd edək ki, Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Hacıqabul rayonunun Ağacanlı kəndində təsis edilmişdir. Şirkət hazırda gündəlik 2 000 000 ədəd, illik isə 720 000 000 ədəd yumurta istehsalı gücünə malikdir. Müəssisədə qurulmuş müasir laboratoriyada məhsullar beynəlxalq standartlara uyğun olaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə analiz edilir.
Hacıqabul Quşçuluq Şirkəti öz fəaliyyətində ekoloji davamlılıq və yaşıl enerji texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atmaqdadır. Şirkət ötən ilin may ayından etibarən müəssisənin istehsalat sahəsində bərpa olunan enerji mənbəyi kimi günəş enerjisindən istifadə etməyə başlamışdır.
Bu məqsədlə, istehsalat ərazisində ümumi 2.4 meqavat gücündə günəş panelləri sistemi quraşdırılmış və istifadəyə verilmişdir. Günəş panelləri vasitəsilə əldə olunan elektrik enerjisi şirkətin gündəlik enerji tələbatının mühüm hissəsini qarşılayaraq enerji səmərəliliyini artırır, ənənəvi enerji resurslarından asılılığı azaldır, həmçinin karbon emissiyasının və ekoloji izlərin minimuma endirilməsinə şərait yaradır.
Eyni zamanda, şirkət daxili resursları hesabına yumurta kasetləri və karton qablaşdırma materiallarının yerli istehsalını təşkil etmişdir. Bu yanaşma həm ətraf mühitə olan mənfi təsiri azaldır, həm də davamlı təchizat zəncirini təmin edir.
Hacıqabul Quşçuluq Şirkətinin bu istiqamətdəki fəaliyyəti təkcə məhsul istehsalına deyil, həm də davamlı ekoloji modelə və sosial məsuliyyətə əsaslanan müasir kənd təsərrüfatı idarəçiliyinə keçidi təcəssüm etdirir. Bu təşəbbüslər Azərbaycan Respublikasının "yaşıl iqtisadiyyat" strategiyasına və qeyri-neft sektorunundavamlı inkişafı siyasətinə uyğunşəkildə həyata keçirilir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Azərbaycanla münasibətlərdə problemlər var, lakin hər şey öz yerini tapacaq"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

Anthropic-in dəyəri 183 milyard dollara çatıb

Tesla-nın Avropadakı satışları getdikcə azalır

“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM

Tramp yaxın günlərdə Putinlə telefonla danışacaq

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Xalq Bank və “UPT”dən yeni kampaniya

Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - 5 şirkətin dövriyyəsi 50 milyard manatı aşıb
.jpg)
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub
