BOKT "International” istiqrazlarınının ticarət nəticələri tələblərə cavab vermədiyindən listinqə alınmadı
10 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
Birjanın yaydığı məlumatda bildirilri ki, qeyd olunan AZ2025021026 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.04.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "International” ASC:
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2025021026
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 250 ədəd
İlkin ticarət qiyməti: 1 000 manat
Buraxılış həcmi: 250 000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti: 2 il
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 250 000 manat
Reallaşdırılmış həcm: 250 000 manat
Minimal qiymət: 1000 (15%) manat
Maksimal qiymət: 1000 (15%) manat
Ehtimal olunan kəsmə qiymət*: 1,000.0000 (15%) manat
Ortaçəkili qiymət: 1000 (15%) manat
İnvestor sayı: 7
Sifariş sayı: 7
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Yeri düşmüşkən xatırladaq edək ki, 10 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan AZ2030021029 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.04.2025-ci il tarixində yekunlaşmışdı. Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdı.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)



.jpg)



.jpg)








