İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq e-qaydada aparılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq tam elektron qaydada aparılır.
İşsiz kimi qeydiyyata alınan şəxsin məlumatları Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə yoxlanılaraq, sığorta ödənişinin təyin olunması, yaxud ondan imtina edilməsi barədə qərar elektron qaydada verilir.
Sığorta ödənişinin məbləği də e-sistem tərəfindən avtomatik müəyyən edilir və aylıq əsasda ödəniş həyata keçirilir.
Yeniliyə əsasən, təyin olunan sığorta ödənişinin dayanmasına və ya məbləğin dəyişməsinə səbəb olan hallar da e-sistem tərəfindən aşkar olunur.
Beləliklə, işsizlikdən sığorta ödənişinin təyin olunması və ya ondan imtina edilməsi, məbləğin yenidən hesablanması, ödənişin dayandırılması və həyata keçirilməsi ilə bağlı bütün proseslər real vaxt rejimində e-qaydada aparılır.
Bu da prosesin daha şəffaf və səmərəli həyata keçirilməsinə, xidmətin çevikliyinə, vətəndaş məmnunluğunun artırılmasına şərait yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















