"Kapital Bank" əlavə investisiya yatırıb, "Umico"nun sahibini törəmə şirkətinə çevirib
31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə "Kapital Bank" ASC, 3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bank tərəfindən təsis edilmiş “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin (“BirKart BOKT”) 100%-lik sahibi olmuşdur.
Bu barədə Marja.az "Kapital Bank" ASC-nin illik hesabatına istinadən xəbər verir.
Qeyd edilib ki, 2024-cü il ərzində "Kapital Bank" əlavə olaraq törəmə müəssisənin (“BirKart BOKT”) hər biri 10 manat məbləğində 25 246 yeni səhmini tam ödəmiş və 31 dekabr 2024-cü il tarixinə törəmə müəssisənin səhm kapitalı cəmi 88 milyon 336 min manat (2023-cü il: 63 milyon 90 min manat) təşkil etmişdir. “BirKart BOKT” kreditlərin verilməsi fəaliyyəti ilə məşğul olmur.
6 mart 2020-ci il tarixində, “BirKart BOKT” MMC “Competo” MMC-də (Umico brendi) 50 AZN məbləğində səhm kapitalının 25%-ni satın almışdır. “Competo” MMC 9 fevral 2018-ci il tarixində təsis edilmişdir və pərakəndə bankçılıq üzrə İT və konsaltinq xidmətləri sahələrində fəaliyyət göstərir. 2024-cü il ərzində “BirKart BOKT” “Competo” MMC-yə 20 milyon 861 min manat məbləğində investisiya etmiş və “Competo” MMC-dəki səs hüquqlu səhmlərinin faizini 48%-dən 60,3%-dək artırmışdır. Nəticədə, “Competo” MMC "Kapital Bank"ın törəmə müəssisəsinə çevrilmişdir. Daha sonra, 2024-cü il ərzində “BirKart BOKT” “Competo” MMC-yə 31 milyon 245 AZN məbləğində əlavə investisiya etmişdir və törəmə müəssisəyə ümumi investisiyanın cəmi dəyəri 85 milyon 996 min manat təşkil etmişdir. 31 dekabr 2024- cü il tarixinə “Competo” MMC-nin səhm kapitalı 122 milyon 38 min manat (2023-cü il: 69 milyon 933 min manat) təşkil etmişdir və “BirKart BOKT”- un “Competo” MMC-dəki payı 70,47% (2023-cü il: 48%) olmuşdur.
31 dekabr 2024-cü il tarixinə "Kapital Bank" elektron ödənişlər və nağd ödəniş terminalları bazarında fəaliyyət göstərən “PaşaPay” MMC-də 99,99% sahib olub. Bank 10 mart 2022-ci il tarixində törəmə müəssisəsi olan “BirKart BOKT” vasitəsilə səhm kapitalının əlavə 79%-ni almaqla “PashaPay” MMC-nin sahibinə çevrilmişdir.
2024-cü il ərzində Bank “PashaPay” MMC-nin nizamnamə kapitalına birbaşa 22 milyon manat məbləğində əlavə investisiya etmişdir və 31 dekabr 2024-cü il tarixinə törəmə müəssisənin səhm kapitalı 40 milyon 222 min manat (2023-cü il: 18 milyon 22 min manat) təşkil etmişdir.
31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə “BirKart BOKT”, 15 dekabr 2020-ci ildə təsis edilmiş “Red Hearts” Xeyriyyə fondunun 100% mülkiyyətçisi olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
5 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
7 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)








