Prezident onu əfv etdi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "A.V.Lapşinin əfv edilməsi haqqında" Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, sərəncamda deyilir:
1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İSRAİLƏ EKSTRADİSİYA EDİLƏCƏK
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq, Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək.
Əli Həsənov onu da bildirib ki, Lapşinin Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail Hökumətinə təhvil verilməsi məsələsi çoxdan idi ki, iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu. Bununla bağlı belə razılığa gəlinmişdi ki, cənab Prezidentin əfv Sərəncamından sonra Azərbaycan Hökuməti Lapşini İsrail tərəfinə təhvil verir və Lapşin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir. Lakin təəssüflər ki, İsrail rəsmiləri onun ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Bunun nəticəsi olaraq, dünən xoşagəlməz bir hadisə yaşanıb. Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb, təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapşin həkim nəzarəti altında müalicəsini davam etdirir.
Əli Həsənov qeyd edib ki, cənab Prezidentin əfv Sərəncamı imzalamasından sonra hazırda Lapşinin ekstradisiya məsələsi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail səfirliyi məşğul olur. Yəqin ki, qısa vaxtda bu proses başa çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
16 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
17 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















