Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
(®) Ötən həftə Azərbaycanda, turizmin mərkəzi bölgələrindən biri olan Qəbələ şəhərində sahibkarlar üçün daha bir tədbir keçirilib. Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı, eləcə də Birbank Biznes-in tərəfdaşlığı ilə keçirilən layihədə Qəbələ və ətraf rayonlarda yaşayan, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Qəbələ şəhəri “ASAN xidmət” Mərkəzində keçirilən tədbirə Birbank Biznes müştərisi olan və olmayan 40 sahibkar qoşulub. Tədbir zamanı sahibkarlara bankın mütəxəssisləri tərəfindən Birbank Biznes-in sahibkarlar üçün yaratdığı imkanlar və üstünlüklər haqqında məlumat verilib. Eyni zamanda maliyyələşmə məhsullarının işləmə prinsipləri, qeyri -kredit məhsullarının yaratdığı imkanlar və üstünlüklər və digər rəqəmsal həllər iştirakçılara təqdim edilib. Daha sonra iştirakçıların ehtiyacları dinlənilib və bankın gələcək yenilikləri haqqında onlara ətraflı məlumat verilib.
Qeyd edək ki, Birbank Biznes cari ildə sahibkarların inkişafını dəstəkləyən layihələrlə gündəmə gəlir. Bu kimi layihələrin keçirilməsi ölkədə sahibkarlığın, eləcə də bazar iqtisadiyyatının inkişafına böyük dəyər qatır.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















