“PAŞA Bank” “Xəzinədarlıq törəmə maliyyə alətlərinin təqdimatı” adlı seminar keçirib
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştərilərini törəmə maliyyə alətləri üzrə təqdim etdiyi xidmətlər və onların tətbiq imkanları ilə daha geniş şəkildə tanış etmək məqsədilə “Xəzinədarlıq törəmə maliyyə alətlərinin təqdimatı” adlı seminar təşkil edib.
Bankın yaydığı məlumatda bildirilir ki, 3 iyun 2025-ci il tarixində Bakıda keçirilmiş tədbirdə iştirakçılara törəmə maliyyə alətlərinin funksional imkanları, bu alətlərin gündəlik maliyyə əməliyyatlarında istifadəsi və potensial faydaları barədə ətraflı məlumat təqdim olunub.
“PAŞA Bank”ın təcrübəli mütəxəssisləri törəmə maliyyə alətlərinin müasir maliyyə idarəçiliyində rolu, xüsusilə bazar volatilliyi şəraitində risklərin effektiv idarə olunması, gəlirlərin qorunması və investisiya portfellərinin diversifikasiyası baxımından strateji əhəmiyyətini əhatəli şəkildə izah ediblər. Təqdimat zamanı həm fərdi, həm də korporativ və institusional investorlar üçün nəzərdə tutulan məhsul və həllər barədə geniş informasiya paylaşılıb.
Seminar çərçivəsində nümayiş etdirilən vizual materiallar və tematik təqdimatlar iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb və tədbirin praktiki dəyərini daha da artırıb. Tədbirdə keçirilmiş interaktiv sual-cavab sessiyası isə iştirakçılara bankın ekspertləri ilə birbaşa dialoq qurmaq, praktiki məsələləri müzakirə etmək və fərdi məsləhətlər almaq imkanı yaradıb.
Tədbirdə çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov seminarın əsas məqsədinin ölkədə törəmə maliyyə alətlərinin inkişafına və müştərilərin müvafiq praktiki biliklərinin dərinləşdirilməsinə töhfə vermək olduğunu bildirib.
“Törəmə maliyyə alətləri sahəsində təqdim etdiyimiz həllər müştərilərimizə risklərin effektiv şəkildə idarə olunması, dəyişən bazar mühitinə çevik adaptasiya və əsaslandırılmış investisiya qərarları qəbul etmək üçün geniş imkanlar yaradır. PAŞA Bank bu istiqamətdə təşəbbüslərini gələcəkdə də davam etdirmək niyyətindədir,” – deyə Murad Süleymanov bildirib.
Qeyd edilib ki, seminarda 100-dən çox biznes nümayəndəsi, maliyyə mütəxəssisi və investor iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
12 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
13 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
13 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb




















