Azərbaycan ilk dəfə olaraq Qazaxıstana xüsusi qoruyucu və poliuretan çəkmələrin ixracına başlayıb
İyunun 12-də İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağdam Sənaye Parkına mediatur təşkil edilib.
KİV nümayəndələrinə Sənaye Parkının ümumi fəaliyyəti, görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkın artıq 70 fazidən çox hissəsi sahibkarların istifadəsinə verilib.
Qısa müddət ərzində yaradılmasına baxmayaraq Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci, Qarabağın isə ən böyük sənaye mərkəzi hesab edilir.
Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib. Hazırda Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər aparılır. Cari ildə Parkda tütün məmulatlarının istehsalı müəssisəsinin açılışı nəzərdə tutulur. Müəssisədə işlər artıq tam yekunlaşıb.
Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxil olmaqla 85 milyon manatlıq, cari ilin I rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsalı həyata keçirilib. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, ixrac edilməsi istiqamətində də uğurlar əldə edilməkdədir.
Belə ki, Ağdam Sənaye Parkının rezidenti “Bafco İnvest” MMC bugünlərdə Qazaxıstana xüsusi qoruyucu və poliuretan çəkmələrin ixracına başlayıb. Bununla əlaqədar media mənsublarının da iştirakı ilə tədbir keçirilib. Tədbir çərçivəsində Qazaxıstana 5 min cüt ayaqqabı göndərilib. Almaniyanın Desma şirkətinin avadanlıqlarından istifadə edilən müəssisənin illik gücü 510 min cüt ayaqqabı istehsalı təşkil edir. Şirkət tərəfindən 67 nəfər daimi işlə təmin edilib.
Qeyd edək ki, Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyun tarixinə qədər 126 təsdiqedici sənəd verilib, bu təsdiqedici sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 18 d. əvvəl
-
32 d. əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
44 d. əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
-
58 d. əvvəl
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
1 saat əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Türkiyə Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
-
2 saat əvvəl
Azərbaycanda “Roblox” oyun platformasına qarşı konkret tədbirlər görülə bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
“Bank BTB”nin əməliyyat mənfəəti 11 faizdən çox artıb
























