Azərbaycanda 50 milyard manatlıq istehsal
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyübDövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-may aylarında ölkədə 50 milyard 99,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artmışdır.
ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata bərabər olmuşdur.
Sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-may aylarında 26,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artmışdır.
Sənaye məhsulunun 62,2 faizi mədənçıxarma sektorunda, 31,0 faizi emal sektorunda, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı
2,1 dəfə, əczaçılıq məhsullarının istehsalı 84,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,1 faiz, qida məhsullarının istehsalı 9,4 faiz, maşın və avadanlıqların istehsalı 7,7 faiz, içkilərin istehsalı 5,6 faiz, tütün məmulatlarının istehsalı 4,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,7 faiz, mebel istehsalı 4,6 faiz, elektrik avadanlıqlarının istehsalı 3,6 faiz artmış, neft məhsullarının istehsalı 5,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 7,8 faiz, hazır metal məmulatlarının istehsalı 9,6 faiz, tikinti materiallarının istehsalı 10,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 13,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 14,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,9 faiz, kağız və karton istehsalı 24,9 faiz, poliqrafiya məhsullarının istehsalı 35,5 faiz, geyim istehsalı isə 47,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz artmışdır.
İnvestisiyalar haqqında
2025-ci ilin yanvar-may aylarında əsas kapitala 6694,6 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 3363,0 milyon manatı və ya 50,2 faizi məhsul istehsalı sahələrinə, 2236,8 milyon manatı (33,4 faizi) xidmət sahələrinə, 1094,8 milyon manatı (16,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 5048,7 milyon manatını və ya 75,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 5231,4 milyon manatı və ya 78,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 2 d. əvvəl
-
- 21 d. əvvəl
- 42 d. əvvəl
-
48 d. əvvəl
AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilər
-
53 d. əvvəl
Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtomobil bazarında qiymət indeksləri açıqlandı: Orta qiymət 30 min manatı keçib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Azərbaycanın xarici dövlət borcu 8 %-ə yaxın azalıb
Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirilib
Tehran-Bakı aviareyslərinin sayı gələn həftədən artırılacaq
Azərbaycanda 4 ayda orta illik inflyasiya 5,6 % olub
Mayın 13-nün hava proqnozu - 31° İSTİ GÖZLƏNİLİR
"Kontakt Home": Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib, çatdırılmada gecikmələr yaşana bilər
Azərbaycanda iqtisadi artım cüzi də olsa yenidən bərpa olunub
"Prior Leasing" ASC-nin 1 milyon manatlıq istiqrazları Bakı Fond Birjasında 100% yerləşdirildi
Qərbin avtomobil istehsalçısı Çin texnologiyasına güvənir və "Leapmotor" ilə əməkdaşlığını dərinləşdirir






.jpg)
.jpg)








.jpg)








