Sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib
Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı yaradılmış Komissiyanın ilk iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
İclasda Baş nazirin müavinləri - işçi qrupların rəhbərləri, hökumət üzvləri və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan 44 günlük müharibə və pandemiyadan sonra yaranmış vəziyyətə, yeni şərtlərə və resurslara əsaslanaraq 2021-2030-cu illəri əhatə edən strateji hədəflər müəyyənləşdirib. Bu strateji hədəflər Prezident İlham Əliyevin imzaladığı Sərəncamda 5 Milli Prioritet kimi öz əksini tapıb. Milli Prioritetlərin həyata keçirilməsi məqsədilə dövlət başçısının 2022-ci ildə imzaladığı Sərəncamlarına əsasən “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqram”ı qəbul edilib.
Strategiyanın həyata keçirilməsi üçün bugünədək dövlət büdcəsindən 7 mlrd. manat vəsait ayrılıb, nəzərdə tutulmuş tapşırıqlar təqribən 78% səviyyəsində icra olunub.
“Böyük Qayıdışa dair I Dövlət Proqram”ının ümumi icra faizi təqribən 79%-dir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.
İclasda Komissiyanın iş reqlamenti müəyyənləşdirilib, görüləcək işlər və yaxın perspektivdə atılacaq addımlarla bağlı müzakirə aparılıb. Prezidentin Sərəncamlarından irəli gələn tapşırıqların maksimum səmərə və keyfiyyətlə, vaxtında icra olunması, alt işçi qrupların iclaslarının ayda 1 dəfədən az olmayaraq keçirilməsi, mütəmadi olaraq işin gedişi haqqında məlumat verilməsi tapşırılıb.
İclasda Strategiya və Dövlət Proqramının hazırlanması və yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşdirilib.
Baş nazir Əli Əsədov qeyd edib ki, Strategiya və Dövlət Proqramı hazırlanarkən mövcud maliyyə imkanları nəzərə alınmalı, hədəflərin realizasiyası üçün nəzərdə tutulan tədbirlər real, dəqiq və ölçülə bilən indikatorlara söykənməli, Strategiya və Dövlət Proqramı hazırlanarkən digər aidiyyəti sənədlər və I-ci Dövlət Proqramında nəzərdə tutulan, daha sonrakı müddətə optimallaşdırılan layihələr nəzərə alınmalıdır.
Baş nazir vurğulayıb ki, Strategiyadan və Dövlət Proqramından irəli gələn konseptual məsələlərin və yekun layihələrin mərhələlərlə İqtisadi Şurada da müzakirəsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib.
Həmin tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanmış Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli Sərəncamına əsasən Strategiya və Dövlət Proqramı üzrə layihələrin hazırlanmasında aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiq edilib.
Komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə iki işçi qrup yaradılıb və tərkibi təsdiq olunub, Baş nazirin müavinləri - Ş.Mustafayev və S.Şərifov işçi qrupların rəhbəri təyin edilib.
Strategiyanın hazırlanması məqsədilə 9, Böyük Qayıdış Dövlət Proqramı üzrə isə 4 alt işçi qrup yaradılıb.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, son illərdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin davamlı inkişafının təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, əlverişli biznes mühitinin daha da gücləndirilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun artırılması, eləcə də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin olunması üçün məqsədyönlü siyasət və islahat istiqamətlərinin müəyyənləşdirilməsi vacib hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu
















.jpg)


