PAŞA Kapital və Birbank-ın birgə əməkdaşlığı ilə “Birbank Invest” platforması istifadəyə verilib
Yerli kapital bazarlarının lider investisiya şirkəti PAŞA Kapital və ölkənin iri banklarından biri olan Birbank, günümüzün dəbi hesab olunan investisiya sahəsində birgə əməkdaşlıqla “Birbank Invest” ticarət platformasını təqdim edərək, yeni bir mərhələyə start veriblər.
“Birbank Invest” ticarət platforması, Kapital Bank-ın əmtəə nişanı olan Birbank brendinin bir hissəsi olmaqla yanaşı, PAŞA Kapital-ın lisenziyalaşdırılmış investisiya xidmətləri əsasında fəaliyyət göstərən ilk müstəqil investisiya tətbiqidir. Platforma həm investisiya sahəsində ilk addım atanlar, həm də təcrübəli investorlar üçün nəzərdə tutulub.
PAŞA Kapital-ın brokerlik təcrübəsi və Kapital Bank-ın bankçılıq infrastrukturu əsasında yaradılmış "Birbank Invest" ticarət platformasının istifadəçilərə təqdim etdiyi üstünlüklər:
• ABŞ-ın aparıcı şirkətləri və ETF-lər daxil olmaqla, 11 000-dən çox maliyyə alətinə çıxış imkanı;
• Cəmi 1 ABŞ dolları ilə investisiya fürsəti;
• Hissəli səhmlərlə sərfəli və əlçatan yatırım;
• Əlavə sənəd tələb olunmadan, sürətli və tam rəqəmsal qeydiyyat prosesi;
• CFD deyil, səhmlərin birbaşa istifadəçinin adına rəsmiləşdirilməsi ilə şəffaf sahibliyin təmin olunması;
• Kartı manual olaraq əlavə etmədən vəsaiti anındaca yükləmə imkanı;
• Rəqabətli komissiya şərtləri: əməliyyat üzrə cəmi 0.2%, minimum 1 ABŞ dolları, maksimum 100 ABŞ dolları;
• Yüksək səviyyəli təhlükəsizlik sistemi və SIPC sığortası ilə istifadəçi balansının 500 000 ABŞ dollarınadək sığortalanması.
“Birbank Invest” mobil tətbiqini həm “App Store”, həm də “Google Play” platformalarından yükləmək mümkündür.
Mobil təbiqi yükləmək üçün link: https://onelink.to/ryprcz
PAŞA Kapital-ın xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün 1548 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
8 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
8 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb





















