"ATENA": “İvanovka Süd Məhsulları”nın iradı əsassız və qanunvericiliyin tələbinə ziddir
Xəbər verdiyimiz kimi, “İvanovka Süd Məhsulları” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Agentliyinə "ATENA" MMC barəsində müraciət edib. Müraciət əsasında "ATENA" MMC haqqında araşdırma aparılır. Araşdırmanın predmeti süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması hallarıdır.
“Atena” MMC iddia ilə bağlı açıqlama yayıb.
Şirkətdən Marja.az-a təqdim olunan məlumatda bildirilir:
"“Atena” MMC tərəfindən, Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müraciətinə cavab olaraq bildirilmişdir ki, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan “Atena” əmtəə nişanlı “İsmayıllı”, “İvanovka” pendirləri məhsulları Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 2024 0430 nömrəli “Əmtəə Nişanı Şəhadətnamə” əsasında istehsal olunur və “Atena” MMC-nin buna müəllif hüququ olmasını həmçinin pendirlərin etiketləri üzərində “AZS 108-2003” tələbinə uyğun duzlu suda yetişən pendirlərin texnologiyası ilə istehsal edildiyinin qeyd edilməsi bir daha təsdiq edir. Bu da “Atena” MMC-nin “İvanovka Süd Məhsulları” MMC-nin yaxud digər hər hansı bir istehsalçının patentinin mənimsənilməsi faktını qəti inkar edir. Odur ki, hesab edirik ki, “İvanovka Süd Məhsulları” MMC-nin iradı əsassız və qanunvericiliyin tələbinə ziddir və onun patenti yalnız həmin adla yaradılmış xüsusi dizaynlara aiddir və “Atena” MMC tərəfindən yuxarıda qeyd edilən pendir məhsullarının istehsalında bu cür dizaynlardan istifadə edilməmişdir. Onu da bildiririk ki, bu günə kimi Azərbaycan Respublikası Standartları Kataloqunda AZSTANDART tərəfindən “İsmayıllı”, “İvanovka”, “Ağcabədi”, yaxud “Naxçıvan” pendirlərinə aid bu tip pendirlərin xüsusi texnologiya ilə istehsalına dair hər hansı qeydiyyata alınmış standart da mövcud deyildir.
Bildirmək istərdik ki, əsaslandırdığımız məqamla bağlı araşdırma aparılır və araşdırma nəticəsində verilən qərara əsasən yekun qərar qəbul ediləcək".
Əlavə edək ki, İvanovka Süd Məhsulları” MMC "Adilbərəkət" MMC, “Master Milk” MMC, Fiziki şəxs İsmayılov Tural İsmayıl oğlu, Fiziki şəxs Tapdıqov Elçin Etibar oğlu, Fiziki şəxs Vəliyev Dadaş Azadəli oğlu, Fiziki şəxs Həsənova Aytən Cavanşir qızı, Fiziki şəxs Muradov Əmralı Yalçın oğlu, Fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu, Fiziki şəxs Cümşüdova Aysel İntiqam qızı barəsində də Agentliyə müraciət edib. Onlar barəsində də müraciətlər Süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə əlaqədardır.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















