ASCO Çin şirkəti ilə liman və logistika mərkəzlərinin inkişafını müzakirə edib
“AZCON Holding”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Çinin “SPSI Cloud Port Development Group Co., Ltd.” şirkətinin nümayəndələri multimodal daşımalar, liman və logistika mərkəzlərinin inkişafı üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
ASCO-nun yaydığı məlumata görə, müzakirələr “SPSI Cloud Port Development Group Co., Ltd.” şirkətinin nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
Məlumata əsasən, həmçinin görüşdə tərəflər birgə investisiya və əməliyyat layihələrinin reallaşdırılması məsələlərinin də müzakirə ediblər.
Görüşdə tərəflər əməkdaşlıq istiqamətlərinin daha dərindən araşdırılması, qarşılıqlı maraq doğuran sahələr üzrə danışıqların davam etdirilməsi və məqsədyönlü addımların atılması barədə razılığa gəliblər.
Qeyd edək ki, Çindən olan nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən logistika və nəqliyyat müəssisələri ilə tanışlıq, investisiya imkanlarının öyrənilməsi, beynəlxalq idxal-ixrac ticarəti sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Müştərilərin xəbərləri
"Unicapital" "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıb
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 d. əvvəl
- 22 d. əvvəl
-
- 34 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
-
42 d. əvvəl
Ötən il Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb
-
46 d. əvvəl
Ötən il metro dövlət büdcəsinin 245 milyon manatını sərf edib
- 56 d. əvvəl
-
59 d. əvvəl
Sənaye parkı və məhəllərində 103 müəssisə istehsal fəaliyyətinə başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub
Azərbaycanda orta maaş 90 qəpik artıb
Azərbaycanda inflyasiya sabit qalıb
Ötən il Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb
"Unicapital" "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıb
Ötən il 64 nəfərə Azərbaycan vətəndaşlığı verilib
Baş nazir: Cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının əsaslı olduğunu göstərir
Ötən il 60 milyon manata yaxın gəlir əldə edib
Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb
Bank əmanətlərinin 84 %-dən çoxu qorunur























