20-dən çox platforma operatoru 5000 manat cərimələnib
İctimai iaşə obyektlərində pirat yayım vasitəsilə futbol üzrə klublararası dünya çempionatının yayımlanmasına münasibət bildirilib.İctimai iaşə obyektləri operatorlarla müqavilə bağlayanda həmin müqavilənin “HoReCa” sistemini, yəni otel, restoran, kafe və digər ictimai iaşə məkanlarını əhatə etməsinə əmin olmalıdırlar.
Bu barədə Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.
Onun sözlərinə görə, çünki operator hər hansı televiziya kanalını retranslyasiya edirsə, bu istiqamətdə hüquq əldə edibsə, adi qaydada bu son istifadəçilərə (abonentlərə) aid olur.
“İctimai iaşə obyektlərində retranslyasiya isə ayrıca müqavilə ilə tənzimlənir. Burada məsuliyyəti ictimai iaşə obyekti deyil, ona retranslyasiya xidmətini təqdim edən operator daşımalıdır, çünki müqavilə bağlananda operator həmin iaşə obyekti ilə həmin obyektin xarakterinə uyğun müqavilə bağlamalıdır”, - Taleh Quliyev ictimai iaşə obyektlərində pirat yayım vasitəsilə futbol üzrə klublararası dünya çempionatının yayımlanmasına münasibət bildirərkən deyib.
Audiovizual Şuranın rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası ərazisində futbol üzrə klublararası dünya çempionatının yayımı həmin çempionatın yayımını müstəsna yayım hüququ ilə əldə etmiş yayımçılar tərəfindən həyata keçirilirdi. Belə ki, ictimai iaşə obyektlərində bu çempionatın yayımı həmin ictimai iaşə obyekti ilə Audiovizual Şura tərəfindən lisenziya verilmiş platforma operatoru arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin operator tərəfindən retranslyasiya edilə bilərdi: “Əgər hər hansı ictimai iaşə obyekti Audiovizual Şura tərəfindən verilmiş lisenziyaya malik olmayan platforma operatoru ilə müqavilə bağlamadan retranslyasiya xidmətini özü təşkil edirsə, bu halda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa - görə Audiovizual Şura tərəfindən aidiyyəti qurumlara müraciət olunur”.
Taleh Quliyev diqqətə çatdırıb ki, pirat yayımlara qarşı mübarizə sahəsində son illər Audiovizual Şura tərəfindən mühüm addımlar atılmaqdadır: “İlk növbədə xaricdən internet üzərindən yerli bazara daxil olan operatorlara qarşı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb və 20-ə yaxın xarici operatorun internet informasiya ehtiyatlarına müraciəti məhkəmə qərarı ilə məhdudlaşdırılıb”.
Taleh Quliyev onu da qeyd edib ki, Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən operatorların paketlərində həmin operatorun retranslyasiya etməyə hüququ olmayan televiziya kanallarının yayımlanmasının qarşısının alınması istiqamətində də zəruri işlər aparılır.
Növbəli şəkildə aparılan monitorinqlər nəticəsində 20-dən çox platforma operatoruna “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması faktına görə barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müvafiq rayon (şəhər) məhkəmələrinə təqdim olunub, məhkəmələr tərəfindən həmin operatorların hər biri 5000 manat məbləğində cərimə edilib. Hazırda da bu proses davam edir. Son 1 ayda daha 3 operator barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müvafiq rayon (şəhər) məhkəmələrinə təqdim olunub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 53 d. əvvəl
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
""Azərbaycan Dəmir Yolları" 2030-cu ilə qədər 20 qatar almağı planlaşdırır"
-
2 saat əvvəl
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
-
2 saat əvvəl
Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB
-
2 saat əvvəl
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
-
2 saat əvvəl
Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
Ən çox oxunanlar
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşüb
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Buğda qiymətlərində artım başlayıb
Azərbaycan neftinin son qiyməti






.jpg)
.jpg)








.jpg)








