İlk 6 ayda icbari tibbi sığorta fondunun xərcləri 1 milyard manatdan çox olub
2025-ci ilin yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat icra olunmuşdur. İcmal büdcədə 4 milyard 764,2 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3 milyard 962,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və ya 16,3 faiz çox), xərcləri 3 milyard 743,5 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 324,5 milyon manat və ya 9,5 faiz çox) olmuşdur.
İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 121,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,7 milyon manat və ya 21,7 faiz az), xərcləri 84,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon manat və ya 26,0 faiz çox) olmuşdur.
İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1 milyard 253,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 82,5 milyon manat və ya 7,0 faiz çox), xərcləri 1 milyard 15,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,9 milyon manat və ya 27,6 faiz çox) olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 815,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 427 milyon manat və ya 4,6 faiz az), xərcləri 7 milyard 264,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 862,1 milyon manat və ya 13,5 faiz çox) olmuşdur.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,7 milyon manat və ya 18,3 faiz az), xərcləri 203,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat və ya 6,1 faiz çox) olmuşdur.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
9 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















